Page 221 - Islamic Studies 05
P. 221
Bədgümanlıq və onun növləri (220
Giriş
Çoxları belə təsəvvür edir ki, onların fitri istəyi olan xoşbəxtlik
ötəri dünya ləzzətlərindədir. Ona görə də həqiqi səadəti
tanımamış öz təsəvvürlərinin əmri ilə dünya ləzzətləri dalınca
qaçırlar.
İkinci bir qism insan isə anlayır ki, ötəri dünya ləzzətləri
səadət ola bilməz. Onlar açıq-aşkar görür ki, hər hansı dünya
ləzzətini xoşbəxtlik bilən insan bu ləzzətə çatdıqdan bir
müddət sonra nəinki özünü xoşbəxt hiss etmir, hətta bədbinliyə
qapılır. Bu insanlar səadəti nədə görürlər? Bu sualın cavabında
onlar da iki qrupa bölünür:
Birinci qrupa mənsub olanlar öz ağılları və ilahi
peyğəmbərlərin köməyi ilə həqiqi səadəti Allaha yaxınlıqda
tapırlar. Onlar əmin olurlar ki, əbədi xoşbəxtlik yalnız Allaha
yaxınlıqdır. İkinci qrupa mənsub insanlar isə gecə-gündüz baş
sındırır, mübahisə edir, şəkk-şübhəyə düşür və ömürlərinin son
nəfəsinədək əzab çəkirlər.
Həqiqi səadəti tanımaq istəyənlər və onu Allahla yaxınlıqda
görənlər əvvəlcə bu məqama aparan yolu tanımalıdırlar.
Amma səadəti Allahla yaxınlıqda görənlərin əksəriyyəti bu
səadət yolunu tanımaq üçün lazımınca səy göstərmirlər. Onlar
cəmiyyətin təsiri altına düşərək həqiqi təkamül yolundan
uzaqlaşırlar. Əlbəttə ki, bu sahədə müvəffəqiyyətlər də
fərqlidir. Kimi fərdi, kimi ictimai, kimi də siyasi məsələlərdə
zəruri agahlığı əldə edə bilmir. Amma doğru yolu tanımaq da
azdır. Bu yolu tanıdıqdan sonra hərəkətə başlamaq lazımdır.
Doğru yola düşmüş insanın səadətə çatması onun iradəsindən,
ifratla təfrit arasında orta həddi tuta bilməsindən çox asılıdır.