Page 223 - Islamic Studies 05
P. 223
Bədgümanlıq və onun növləri (222
qarşı gümanına baxıram: əgər Mənə qarşı yaxşı gümanda
olsa, ona yaxşılıq edərəm, əgər pis gümanda olsa, onunla öz
1
gümanına əsasən rəftar edərəm.”
Burada təkcə Allahın bağışlamamasına bədgüman olmaq deyil,
onun ruzi verən olmamasına da bədgümanlıq pislənilir.
İslam valideynləri, habelə onların simasında bütün insanları öz
qız və oğlanlarını evləndirməyə sövq edir:
"Ərsiz arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli
qullarınızı (mö`minlər arasında, arvadsız kişi və ərsiz arvad
qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi
kasıb olarsa, Allah Öz məhəbbəti ilə onları ehtiyacsız
edəcəkdir. Allah bəndələrinin halından agahdır və Onun
rəhməti böyük və tükənməzdir.”
("Nur” surəsi, ayə:32)
Bu şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına
sədd çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytanın
və`dəsindən qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində
sui-zənn etməkdir. Allaha qarşı bədgüman olmaq haramdır.
Allah evlənən yoxsullara, onların çətinliklərinini aradan
qaldıracağına və onları Öz köməkliyi ilə ehtiyacsız edəcəyinə
söz vermişdir.(İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs
yoxsulluq qorxusundan evlənsə, deməli Allah Taalaya qarşı
sui-zənn etmişdir. Hansı ki, Allah Taala buyurur: "Allah Öz
lütfü ilə oları ehtiyacsız (zəngin) edəcəkdir.” ("Mən la
yəhzurul-fəqih” kitabından.))
1) Bəndəyə bədgüman olmaq
Camaata qarşı bədgüman olmaq budur ki, başqaları həqiqi
mənada pis iş görmədikləri halda insan onlara qarşı pis güman
1 - Səduq, Məhəmməd ibni Əli, “Üyunu əxbarir-Riza (əleyhis-salam)”, 2-ci cild, səh.
20, “Cahan” nəşriyyatı, 1378-ci qəməri il.