Page 222 - Islamic Studies 05
P. 222
221) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən
insan hansısa dünya və axirət nemətindən məhrum ola bilərmi?
Allah-təala kainatı insanın təkamülə çatması və əbədi səadətə
nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi
nemətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın
insanlar bu nemətlərdən faydalandığı halda, mömin şəxs nə
üçün məhrum olmalıdır?! Allah-təala mömin üçün faydalı olan
bütün nemətləri ona əta edir: «Göylər və yer qədər geniş olan
1
behiştə nail olmaq üçün çalışın!».
Bədgümanlığın növləri
1) Allaha bədgüman olmaq
Yaradana inanmamaq, bağışlanmamaq və sair (forma,
səbəblər, tənqid)
Allaha qarşı bədgümanlıq ilahi rəhmətdən və Onun geniş
mərhəmətindən ümidsizlik və məyusluq halətidir və bu, çox
böyük günahlardan biri hesab olunur. Peyğəmbəri-əkrəm
(səlləllahu əleyhi və alih) buyurur: “Böyük günahların ən
2
böyüyü Allaha qarşı bədgüman olmaqdır.”
İnsan (müəyyən bir günah etdiyi təqdirdə) ilahi əzabdan
qorxmalı, bununla eyni zamanda Allahın rəhmətindən (və
tövbə edəcəyi təqdirdə) bağışlanacağından məyus olmamalıdır.
O öz vəzifələrinə əməl etməli, xalis niyyətə malik olmalı,
günahlarından qorxmalı və bununla eyni zamanda Allah-
taalanın əfv və mərhəmətinə də ümidvar olmalıdır. İmam Riza
(əleyhis-salam) buyurur: “Allah barəsində gümanını yaxşılat.
Çünki Allah-taala buyurur: “Mən mömin bəndəmin Mənə
- Hədid, ayə 21 1
2 - Payəndə, Əbul-Qasim, “Nəhcul-fəsahə”, səh. 236, “Dünyayi daniş” nəşriyyatı,
Tehran, 1382-ci şəmsi il.