Page 225 - Islamic Studies 05
P. 225
Bədgümanlıq və onun növləri (224
Yəni insan daim özünü Allah və Onun bəndələrinin
hüquqlarına qarşı müqəssir hesab etsin. Birinci və ikinci
qisimdə olanların əksinə olaraq bədgümanlığın bu növü
günah deyil, üstəlik xalis möminlərin bariz xüsusiyyətləri
və yüksək məziyyətlərindən biridir. Çünki bu halət Allaha
ibadət və itaət yolunda daha artıq çalışmağa səbəb olur,
insanı qəflətdən və qürur hissindən qoruyub saxlayır. İmam
Əli (əleyhis-salam) buyurur: “Ey Allah bəndələri! Bilin ki,
mömin şəxs yalnız o zaman sübhü axşama və axşamı sübhə
çatdırır ki, öz nəfsi barəsində bədgüman olsun, daim onun
eyiblərini axtarsın və ondan daha artıq fəaliyyəti təvəqqe
1
etsin.”
Ümid və qorxunun faydalı həddi və bu həddin mərtəbələri
vardır. Möminin hissləri bu mərtəbələrdən birinə uyğun
olmalıdır.
İnsan Allahın mərhəmətinə həddən artıq ümid edirsə,
bağışlanacağına arxayın olub böyük günahlara bata bilər.
Bu həqiqi ümid deyil və olduqca zərərlidir. Çünki Allah
insanı onun hansısa əməlinə görə bağışlayır. İnsan
Allahdan elə bir həddə qorxmalıdır ki, bu qorxu onu
günahdan çəkindirə bilsin. Qorxu və ümid arasında tarazlıq
olmalıdır. Ümid qorxudan çox olsa insan günaha düşər,
qorxu ümiddən çox olsa insanda bədbinlik yaranar.
İman dərəcəsi yüksək olan bir qism mömin bəzən öz
gələcək taleyindən xəbərdar olur və axirət aləminin
gerçəklikləri onların qəlbini titrədir.
Kamil insanın bəndəlik hissi onun bütün vücudunu
bürüyür. İnsanın qorxusu bu vücuda daxildir. Demək,
məsum imamlarda, günahsız insanlarda da qorxu olmuşdur.
Bu insanlar Allahın mərhəmətindən xəbərdar olsalar da
1 - Amədi, Əbdül-Vahid, “Ğürərül-hikəm və dürərül-kiləm”, səh. 90, “Dəftəri-
təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il.