Page 224 - Islamic Studies 05
P. 224
223) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
və xəyalda olsun, həmin fikirlərə qapılaraq əks-reaksiya da
göstərsin. Bədgümanlığın bu növü birinci qisimdə olduğu kimi
(Allaha qarşı bədgüman olmaq), çirkin və rəzalət sifətlərdən,
günahlardan hesab olunur. Həzrət Əli (əleyhis-salam)
buyurur: “Yaxşı insana qarşı bədgümanlıq ən pis günah və ən
1
çirkin zülmdür.”
3) Həyata baxışda bədgümanlıq
İnsan övladı bəzən həyatda qarşılaşdığı problemlər və
narahatlıqdardan dolayı ümidsizlik, depressiyaya məruz qalır.
Maddi və iqtisadi çətinliklər, xəstəliklər onu əzir və iradəsini
sındırır. Bunun kökündə insanın ona bəxş olunan həyat
fəlsəfəsini, nə üçün bu dünyada var olmasını düzgn
anlamaması və dünyaya bağlılığıdır.
Əlbəttə, müharibələr, iqtisadi problemlər və sair amillər də
burada rol oynaya bilir. Burada da iman qüvvəsinin iraadəni
möhkənləndirməsini, səbr və təvəkkülün son ana qədər insanı
mübarizəyə çəkə bilməsini qeyd etmək olar. İmam Sadiq (ə)
buyurur: «Ey Cündəb oğlu, əgər bizim şiələrimiz möhkəm
olsalar mələklər onlarla görüşər, buludlar onlara kölgə salar,
başları üstündən və ayaqları altından onlara ruzi göndərilər,
bütün istədikləri onlara əta olunar».
Bütün insanlar səadət sorağındadırlar. Onlar çətinlikdən sıxılır,
xilas olmaq üçün yol axtarırlar. Amma hər zaman səadətə can
atan insan həqiqi xoşbəxtliyi tanımaqda çətinlik çəkir.
4. Özünə qarşı bədgümanlıq
1 - Amədi, Əbdül-Vahid, “Ğürərül-hikəm və dürərül-kiləm”, səh. 263, “Dəftəri-
təbliğat” nəşriyyatı, Qum, 1366-cı şəmsi il.