Page 226 - Islamic Studies 05
P. 226

225) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                   Onun  qəhr  sifətlərini  xatırlayaraq  qorxudan  özlərini
                   unudurlar.  Amma  Allahın  camal  sifətləri  haqqında
                   düşünmək  onlara  ümid  verir.  Əlbəttə  ki,  bu  mərtəbədə
                   bəzən isə ümid qorxunu üstələyə bilər. Kamil insanlarda isə
                   ümid və qorxu arasında dəqiq tarazlıq vardır.
               Bu mövzu ilə əlaqədar maraqlı bir rəvayət nəql olunmuşdur.
               Təqribən  yaşıd  olan  həzrət  Yəhya  (ə)  və  həzrət  İsa  (ə)  eyni

               dövrdə  yaşamışlar.  Bir  gün  Yəhya  (ə)  İsadan  (ə)  soruşur:
               «Necə  də  sakitsiniz.  Yoxsa  ilahi  əzabdan  qorxmursunuz?».
               Həzrət İsa buyurdu: « Nə üçün bu qədər ağlayırsınız? Məgər
               Allahın mərhəmətinə ümidiniz yoxdur?».
               Həzrət Yəhya daim Allah qorxusundan ağlayardı. Hətta atası
               Zəkəriyya məsciddə moizə etmək istəyərkən baxardı ki, Yəhya
               orada  olmasın.  Həzrət  Yəhyada  qorxu  həzrət  İsada  isə  ümid
               hissi  daha  güclü  idi.  Amma  bu  iki  sifət  məsum  imamlar  və
               həzrət  Məhəmməddə  (s)  eyni  dərəcədə  olmuşdur.  Onlar
               Allahın  cəlal  sifətlərini  düşündükdə  qorxar,  camal  sifətlərini
               düşündükdə isə ümidvar olardılar. Bu hal digər övliyalarda da
                                       1
               müşahidə oluna bilər.





















               1 - Ayətullah Misbah Yəzdi, Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri,
               səh.   56
   221   222   223   224   225   226   227   228   229   230   231