Page 227 - Islamic Studies 05
P. 227
Bədgümanlıq və onun növləri (226
Araşdırma
Dünya həyatı qısa olsa da, bu qısa həyat insanın aqibətini təyin
edir. İnsanın axirət səadəti məhz bu dünyada müəyyən olunur.
Bu baxımdan dünya həyatımızın dəyəri çox böyükdür. Amma
yaxşı nəticələr əldə etmək üçün dünya həyatının hər
dəqiqəsinin qiymətini bilmək lazımdır. Təbii ki, insan öz
ehtiyaclarını ödəmək üçün ömür boyu çalışır. Fərdi və ictimai
vəzifələr olmasaydı insanın imtahanı da mümkün olmazdı.
Seçim prosesini yaşayan insan təkamül yoluna qədəm qoyur.
İnsan pislə yaxşı arasında yaxşını seçməklə behiştə çata bilər.
Sual oluna bilər ki, insan qarşısına çıxmış işləri
planlaşdırarkən hansına üstünlük verməlidir. Məsələn, gənc iki
yol ayrıcında qalıb; oxumağa getsin, yoxsa işləməyə? Quran
oxusun, yoxsa ibadət etsin? İdman faydalıdır, yoxsa istirahət?
Əsas suallardan biri isə budur: dünya həyatı üçün nə qədər
çalışmaq olar? Bu sualın fərdi və ictimai baxımdan iki cavabı
vardır. Fərdi baxımdan əsgərlə əkinçinin vəzifələri fərqlidir.