Page 236 - Islamic Studies 05
P. 236
235) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
olduğundan əxlaq elmi və nəfsin paklaşdırılması ən faydalı, ən
lazımlı elmlərdən hesab olunur.
Əxlaq elmində bir sıra nəzəri mövzular vardır ki, əsasən
insanın nəfsi və onun daxili qüvvələrinin (ağıl, vahimə, şəhvət,
qəzəb qüvvəsi) tanıtdırılmasına, bu qüvvələrdən hər birinin alt
çoxluqlarına, rəzil (mənfi) və müsbət keyfiyyətlərə aiddir. Bir
sıra elmi bəhslər də insanın başqaları ilə rəftarına və
əməllərinə aiddir. Buna görə də əxlaqi bəhslərin təsnifatında
(bölgü) “nəzəri əxlaq” və “əməli əxlaq”la üzləşirik.
Əxlaqi fəzilətlərin (müsbət keyfiyyətlər) və rəzil (mənfi)
sifətlərin tanıtdırılması, həmçinin, bəzən insanın şəxsi rəftar və
halları ilə bağlıdır, bəzən isə digərləri ilə rabitə dairəsindədir.
Bu üzdən də başqa bir təsnifat var: “fərdi” və “ictimai” əxlaq.
Əxlaqi cəhətindən “özünütərbiyə” bir tərəfdən, yalnız
mənəvi çirkinliklərin, bir tərəfdən də yaxşılıqların və
dəyərlərin tanınması ilə və bu çirkinliklərin aradan
qaldırılması, dəyərlərlə zinətlənməsi ilə əldə olunur. Buna görə
də, kamal yolunda hərəkət edənlər və nəfsin paklaşdırılmasına
marağı olanlar üçün birinci addım, bu mənfi və müsbət
keyfiyyətlərin tanınmasıdır.
Şəhid Murtəza Mütəhhəri əxlaq elminin tərifində belə
deyir: Əxlaq – necə yaşamağı biıməkdən ibarətdir... Həmçinin
əxlaqda başqa bir məna da nəzərdə tutulur və o da budur: necə
yaşamaq lazımdır ki, mənəvi dəyərə malik olsun, müqəddəs və
ali olsun? Yəni, mənəvi dəyərə malik və adi əməldən daha
üstün olmaq, “əxlaqi əməl” anlayışının bir hissəsidir.