Page 237 - Islamic Studies 05
P. 237

Bədgümanlıq və onun növləri (236

                      Əxlaq elminin alimləri, “əxlaq”ın nə olması və “əxlaqi
               əməl”in  hansı  əməl  olması  sahəsində,  insanın  rəftar  və
                                                               1
               əməllərini “təbii” və “əxlaqi”yə bölmüşlər.

                      a)  Təbii  əməl:  Bu,  insanın  təbiətinin  tələb  etdiyi  adi,
                          gündəlik işlərdir və mənfəətin əldə olunması, zərərin
                          də uzaqlaşdırılmasına görədir. Heyvanların gördüyü
                          işlərlə  ortaq  olan  bu  əməllər  nə  təriflənəsi,  nə  də
                          məzəmmət olunasıdır. Yemək, içmək, yatmaq və bu
                          kimi fellər təbii əməllərdir.
                      b)  Əxlaqi əməl: Təbii əməllərin fövqündə dayanan və
                          insana  məxsus  olan  əməllər.  Bu  əməllər  təbii
                          əməllərin əksinə olaraq tərif layiq və mənəvi dəyərə
                          malikdir.  Məsələn:  bağışlama,  əfv  etmə,  güzəştə
                          getmə,  haqqı  tanıma,  vəfadarlıq,  pislik  qarşısında
                          yaxşılıq etmə, heç bir mənfəət güdmədən digərlərinə
                          xidmət etmə və digər insani əməllər.
                                                                   2
                      Əxlaqı,  əməllərin  obyektinə  əsasən  üç  dəstəyə
               bölmüşlər:

                      1.  Fərdi  əxlaq:  Yəni,  fərdin  özünə  aid  olan  işlər.  Bu
                          işlər  yerinə  yetirilən  zaman  əsas  etibarilə  Allah  və
                          camaatla      rabitə    nəzərdə     tutulmur.     Məsələn:
                          qarınqululuq və şəhvətpərəstlik.
                      2.  İctimai  əxlaq:  İctimai  əxlaqın  əsas  oxu  insanın
                          digərləri ilə rabitəsidir. Bu, fərdlərlə get-gəl etmək və
                          ictimai həyat əsasında əmələ gəlir.
                      3.  İlahi  əxlaq:  İnsanın  bu  əməlləri  Allahla  rabitəyə
                          aiddir.  Məsələn:  Allaha  diqqət  etmək,  Onu  yada
                          salmaq,  Ona  ümid  etmək, iman  gətirmək,  inanmaq,

               1- Mütəhhəri, İslam elmləri ilə tanışlıq, c. 2, s. 191
               2 -Tədqiqatçı qrupu, Dairətul-Məarifi Təşəyyu (Şiə ensiklopediyası), c.
               2, s. 191
   232   233   234   235   236   237   238   239   240   241   242