Page 233 - Islamic Studies 05
P. 233
Bədgümanlıq və onun növləri (232
İnsanlara əl tutmaq üçün çalışmağın bir şərti var. Aydındır ki,
başqalarına əl tutmaq müstəhəb, bir çox vəzifələr isə vacibdir.
Müstəhəb iş vacib işə mane olmamalıdır. Məsələn, təhsili
buraxıb pul qazanmaq və onu başqalarına paylamaq düzgün
sayılmır. Vacib işin tərk olunmasına gətirən müstəhəb işə icazə
verilmir.
Mümkündür insan ixtiyarında olan var-dövlətdən istifadə
etməsin. Burada müxtəlif məqsədlər ola bilər. İnsan paxıl
olduğu üçün yığdığı var-dövlətdən istifadə etməyə qıymaz.
Amma başqa bir səbəb də ola bilər. Mümkündür ki, insan
dünya ləzzətlərinə adət etməmək üçün qazancına toxunmasın.
İnsan birdən-birə qula çevrilmir. O, öz bütünə asta-asta vərdiş
verir. İnsan dünya malından az istifadə etməklə onun
məhəbbətindən amanda qala bilər. Ümumiyyətlə, qənaət və az
xərclə dolanmaq övliya sifətidir. Sərvətli adam zahid də ola
bilər. Misilsiz var-dövlətə malik olan həzrət Süleyman öz
əlinin zəhməti ilə ərsəyə gətirdiyi arpa çörəyi yeyərdi.
İnsanı dünya malına bağlayan digər bir əlaqə zəif əxlaqi
sifətlərdir. Yalnız zəif əxlaqlı insanlar dünya malını dəyərli
bilib onun ardınca qaça bilərlər. Hər hansı itki səbəbindən
qəm-qüssəyə batmağın da bir səbəbi zəif əxlaqdır.
Əgər insanın dünya malına məhəbbəti olmasa və yalnız
vəzifələrinin icrası üçün dünyadan istifadə etsə heç zaman
dünyaya könül verməz. İstər varlı insanın Allah yolunda
infaqı, istərsə də imkansızlıq qarşısında insanın səbri böyük
ibadətlərdən sayılır. Axirəti düşünən insan var-dövlət tapıb
onu itirməkdən qorxmur. İmam Sadiq (ə) buyurur: «Böyük
1
var-dövlət və güc səni məst etməsin».
1 - Misbah Yəzdi, Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri, səh. 61