Page 235 - Islamic Studies 05
P. 235

Bədgümanlıq və onun növləri (234

               Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki,
               dünya  nemətləri  Allah  nəzərində  biz  düşünmədiyimiz  kimi
               dəyərli  deyil.  Qurani-Kərimin  bir  çox  ayələrində  dünya
               nemətləri  axirət  nemətləri  ilə  müqayisə  olunur  və  təbii  ki,
               axirət  nemətlərinə  üstünlük  verilir.  «Axirət  ruzisi  daha
               xeyirlidir»  buyurulur.  İnsana  dünya  nemətlərinə  uymayıb
               axirət  nemətləri  haqqında  düşünmək  tapşırılır.  Bəli,  əsl  ruzi

               olan, yəni «Allah ruzisi» adlandırılan əbədi axirət nemətlərinin
               ardınca getməyə dəyər.
               GÖZƏLLƏRİN ƏN ÜSTÜNÜ, GÖZƏL ƏXLAQDIR

                      “Əxlaq” lüğətdə və terminologiyada

                      “Əxlaq” lüğətdə “xulq” sözünün cəmidir və “xulq” sözü
               “xəlq” sözü ilə müqayisə oluna bilər. Ərəb dilində “xəlq” sözü
               insanın  zahiri  gözü  ilə  gördüyü  forma,  surət,  şəkil
               mənasındadır.  “Xulq”  isə  qəlbin  gözü  ilə  müşahidə  olunan
                                                                                 1
               daxili qüvvələr, xüsusiyyətlər, keyfiyyətlər mənasındadır.  İbn
               Moskəveyh  “əxlaqi  əməllər”i  məşq,  adət  və  insanın  ruhuna
               nüfuz etmiş  vərdiş  ilə  yanaşı  əməllər olduğunu qeyd  edir. O
               deyir:  “Xulq,  həmin  nəfsani  bir  haldır  ki,  təfəkkürə  və
               düşünməyə ehtiyac olmadan insanı müəyyən əməlləri etməyə
                            2
               dəvət edir” .
                      Buna  əsasən,  “əxlaq”  insanın  ruhi  və  batini  sifətlər,
               keyfiyyətlər toplusudur.

                      Əxlaq  elminin  predmeti  və  əsas  müzakirə  obyekti
               “insan”  və  onun  “rəftarlar”ı,  “hallar”ıdır.  Bu  rəftar  və  hallar
               insanın səadətində və pis aqibətində təsirə malikdir və hər bir
               şəxsin  də  dəyəri  onun  müsbət  əxlaqi  keyfiyyətlərində



               1- Rağib İsfahani, Mocəmu-Mufrədati-Əlfazil-Quran, s. 159
               2 -Razi, Təhzibul-Əxlaq və Təthirul-Əraq, s. 51
   230   231   232   233   234   235   236   237   238   239   240