Page 234 - Islamic Studies 05
P. 234

233) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               «Allah  sevincdən  özünü itirənləri xoşlamır»  («Qəsəs»  surəsi,
               ayə  76.).  İnsan  var-dövlətini  əldən  verdikdən  sonra  bədbin
               olarsa  Allahın  sevgisindən  məhrum  olar.  «Məaric»  surəsinin
               19-22-ci ayələrində buyurulur: «Həqiqətən insan çox həris və
               tamahkar  yaradılmışdır;  ona  bir  pislik  üz  verdikdə  fəryad
               qoparır,  xeyir  nəsib  olduqda  isə  xəsislik  göstərir.  Namaz
               qılanlar istisnadır».

               Nə  üçün  insanların  bir  qismi  dövlətli,  digər  bir  qismi  isə
               kasıbdır?  Əvvəla  var-dövlətin  çoxluğu  Allahla  dostluq  yox,
               imtahan  əlamətidir.  «Ənfal»  surəsinin  28-ci  ayəsində
               buyurulur: «Bilin ki, var-dövlət və övlad sizin üçün yalnız bir
               imtahandır». Başqa  bir  ayədə  oxuyuruq: «Biz  sizi  xeyir  və
               şərlə  sınağa  çəkərik»(«Ənbiya»  surəsi,  ayə  35.).  Dilimizə
               sınaq mənasında tərcümə olunmuş sözə Quranda «fitnə» kimi
               işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa sözlə, sınaq kimi
               tanıtdırılır.  İnsan  var-dövlət  qazanıb  onu  sərf  edərkən  ilahi
               göstərişlərə  əməl  edə  biləcəkmi?  Bir  halda  ki,  dünya
               imtahandır,  ona  vurulmağa  dəyərmi?!  Əlbəttə  ki,  dünya  son
               məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir halda
               ki, dünyanın ömrü  imtahan  bitənədəkdir,  ona  könül verməyə
               də  dəyməz. Dünya, üzərində  suallar  yazılmış  imtahan  vərəqi
               kimidir. Bu kağızın gözəl olub-olmamasının əsl məqsədə heç
               bir  dəxli  yoxdur.  Əsl  məqsəd  suallara  düzgün  cavab
               yazmaqdır.
   229   230   231   232   233   234   235   236   237   238   239