Page 231 - Islamic Studies 05
P. 231

Bədgümanlıq və onun növləri (230

               İnsan  öz  təsiri  altında  olanları  dünyaya bağlılıqdan  xilas  edə
               bilərmi?!  Ən  təsirli  üsullardan  biri  ifrat  və  təfritdən  çəkinib
               orta həddi gözləməkdir. İnsanı ifrat və təfritdən çəkindirəcək
               şərait lazımdır. Belə bir şərait olmadıqda orta həddi qorumaq
               problemə  çevrilir.Məsələn,  yetkinlik  yaşına  çatmış  bir  gənci
               tərbiyə  etmək  üçün  onunla  yumşaq  rəftar  edib  onu  mənəvi
               işlərə həvəsləndirəcək şərait yaratmaq lazımdır.

               Hansı  ki,  dünya  məhəbbəti  nə  tərbiyəçi,  nə  də  şərait  istəyir.
               Əgər insan tabeçiliyində olan insanlar üçün orta həddən artıq
               dünya  şəraiti  yaradarsa  onları  dünyapərəstliyə  təşviq  edir.
               İnsan  bütün  sahələrdə  özünü  normadan  aşağı  faydalanmağa
               öyrətməlidir. Dünya məsələlərində üstünlük qazanmaq həvəsi
               insanı  küfrə  endirə  bilər.  «Qəsəs»  surəsinin  83-cü  ayəsində
               buyurulur: «Biz  bu  axirət  yurdunu  yer  üzündə  təkəbbürlük
               etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edirik».
                İmam  Sadiq  (ə)  buyurur  ki,  ayaqqabısına  dostununkundan
               yaxşı  bağ  bağlamaq  istəyən  özünü  yuxarı  tutmaq  xəstəliyinə
               düçar  olub.  İmam  (ə)  İbn  Cündəbə  buyurur:  «Allahın
               müqəddər  etdiyinə  qane  ol.  Öz  olanlarına  nəzər  sal.
               Başqalarının malik olduqlarına göz dikmə. Bax gör Allah sənə
               necə nemətlər verib».
   226   227   228   229   230   231   232   233   234   235   236