Page 252 - Islamic Studies 05
P. 252

251) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               İslam  təlimlərinə  əsasən  biz  öz  iman  qardaşlarımızla  sıx
               rabitədə  olmalı,  kin-küdurətə  yol  verməməliyik.  Qurani-
               kərimdə  buyurulur:  «Həqiqətən  möminlər  qardaşdırlar;
               qardaşlarınızın rabitələrini möhkəmləndirin.»("Hucurat", 10.)
               Uyğun  buyuruqlar  bir  şəhərdə  və  ya  bir  kənddə  yaşayan
               möminlərə  şamil  olunmur.  Buyuruqda  meyar  imandır.
               İstənilən  bir  qövmdən,  irqdən,  millətdən,  məntəqədən,

               əyalətdən  olan  imanlı  insan  bizə  qardaş  sayılır  və  onunla
               rabitəni  möhkəmləndirməliyik.  Bəli,  hətta  Amerikanın  qara
               dərili müsəlmanları bizə qardaşdır. Mömin dedikdə təkcə ərəb
               və  ya  iranlı  nəzərdə  tutulmur.  Bütün  iman  əhli  arasında
               rabitələrin         möhkəmləndirilməsi             İslamın         qəti
               göstərişlərindəndir. Dünyanın bu gün ərazilər üzrə bölünməsi
               bu  məsələdə  heç  bir  rol  oynamır.  Bizim  üçün  əsas  imandır,
               dünyanın  ən  ucqar  nöqtəsindəki  imanlı  insan  bizim
               qardaşımızdır  və  İslam  göstərişlərinə  əsasən  onunla  dostluq
               vacibdir.
               İslamın  eyni  əqidəli  insanları  qardaş  sayması  onun
               prinsiplərindəndir.  Hər  bir  müsəlman  vəzifəlidir  ki,  bu
               qardaşlığı möhkəmləndirsin və onu hifz etsin.
               Eyni  zamanda  qan  qardaşları  arasında  da  fərqli  baxışların
               olması  təbiidir.  Necə  ki,  fiziki  baxımdan  fərqlənməyən  iki
               nəfər yoxdur. Səliqə baxımından da iki insan eyni ola bilməz.
               Demək,  baxış  və  səliqə  fərqi  tam  təbiidir  və  iki  qardaş,  ərlə
               arvad, ata ilə oğul arasında fərq ola bilər. İman qardaşları da
               istisna deyil. Möminlər arasında da fərqli cəhətlər mövcuddur.
   247   248   249   250   251   252   253   254   255   256   257