Page 253 - Islamic Studies 05
P. 253
Bədgümanlıq və onun növləri (252
Digər bir tərəfdən, ixtilaflar kin-küdurətlə, narahatlıqla
müşayiət olunur. Bəsirətli insan öncədən görür ki, hər bir
cəmiyyətdə səliqə fərqləri ucbatından ziddiyyətlər olasıdır. İki
şəxs eyni bir məsciddə namaz qılır, eyni bir şəxsə iqtida edir,
eyni bir alimə, mərcəyə təqlidçidir, eyni rəhbərə tabedir və
eyni bir xəttədir. Bütün bunlara baxmayaraq onların müxtəlif
məsələlərdə fərqli mövqe tutmasına, fərqli münasibət
göstərməsinə şahid oluruq. Təcrübəli və imanlı insanlar bu
sayaq ixtilafları sadəliklə həll edə bilir. Adi insanlar arasında
isə uyğun səliqə fərqləri soyuqluğa kin-küdurətə səbəb olur.
Digər bir tərəfdən şeytan da pusqudadır və münasib fürsət
gözləyir ki, möminlər arasında düşmənçilik toxumu səpsin.
Allah-təala buyurur: «Həqiqətən, şeytan sizin aranızda ədavət
və düşmənçilik yaratmaq istəyir.»("Maidə", 91.)
Ayənin zikr etmədiyimiz davamında buyurulur ki, şeytan şərab
və qumar vasitəsi ilə kin-küdurət yaradır. Əlbəttə ki, şərab və
qumar şeytanın yalnız iki qurğusudur. Möminlər arasında
düşmənçilik yaratmaq istəyən şeytanın minlərlə qurğusu var.
Şeytan iki mömin arasında qarşıdurma yaratmaq üçün fürsət
gözləyir. Ata ilə övlad, ana ilə qız, iki bacı, iki qardaş, iki
qonşu, iki dost, iki sinif yoldaşı arasında ədavəti qızışdırmaq
üçün şeytana fürsət lazımdır. İki millət arasında ədavət
yaratmaq isə onun üçün daha asandır. İnsanın amansız
düşməni pusquda gözləyir və onun gedişlərindən biri də budur
ki, möminlər arasında soyuqluq yarandıqda onların qəlbinə
nüfuz edib saman çöpündən dağ düzəltsin. Sadəcə bağışlanası
bir səhv şeytan vasitəsi ilə şişirdilir. Nəticədə iki qohum, iki
yerli, iki millət arasında düşmənçilik yaranır. Şeytanın
təlqinləri o qədər güclənir ki, insan hətta qəlbindəki kin-
küdurət səbəbindən yata bilmir. O düşündükcə bu düşmənçilik
daha da dərinləşir. Belə məqamlarda insan öz mömin
qardaşının qətli ilə də razılaşa bilər.