Page 254 - Islamic Studies 05
P. 254
253) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
İxtilaf gerçəkdən də evlər yıxa bilər. İxtilaf səbəbindən şagird
dərsə, müəllimə soyuq münasibət göstərə bilər. Bəzən elə olur
ki, şagirdin müəllimə münasibəti onu sinifdən uzaqlaşdırar və
ya müəllimin sözlərinə qulaq asmaz. İxtilaf səbəbindən ərlə
arvad arasındakı səmimi münasibətlər pozulur, ailə mühitində
qovğa yaranır. Kin-küdurət və ixtilafların kök atıb insanları
bir-birindən uzaqlaşdırması ziddiyyətlərin təbii sonluğudur.
İnsanlar təkcə fiziki baxımdan uzaqlaşmır, onlar qəlbən də bir-
birlərindən soyuyurlar. İncimiş insanlar bir-birlərinə ağız
açmaq istəmir, yardım əli uzatmırlar. İnsan incidiyi insana ağız
açmağı özünə ar bilir. Bir sözlə, ixtilaf səbəbindən hər iki
tərəfin məhrumiyyətləri artır.
İxtilafların ağrılı sonluğunu nəzərə alan İslam tədbir görür.
Əmirəl-möminin (ə) öz son tövsiyələrində yaxınlarına namaz
və orucdan öncə aralarındakı rabitələri möhkəmləndirməyi
tapşırır. Həzrət bu münasibətlə Peyğəmbərin (s) buyuruğunu
zikr edir: «İki müsəlman, iki mömin qardaş arasında rabitəni
möhkəmləndirmək namaz və orucdan üstündür.»
Qeyd olunduğu kimi, ictimi həyat insan, onun maddi və
mənəvi təkamülü üçün çox əhəmiyyət daşıyır. Bu istiqamətdə
insanın özündə amillər mövcuddur. Həmin amillər birbaşa
ictimai həyatın hifzinə, qarşılıqlı rabitələrə doğru aparır. Yəni
Allah-təala insanı elə xəlq etmişdir ki, insan təbii şəkildə
başqalarına meyl göstərir. Bu sahədə müxtəlif amilləri
sadalamaq olar. Uyğun amillərdən biri məhəbbətdir. İnsanlar
təbii olaraq bir-birlərini sevirlər. Məsələn ata-ananın övlada
məhəbbəti bu qəbildəndir. Bəşəriyyətin Allah tərəfindən
müəyyənləşdirilmiş daxili hisləri onda övlad arzusu yaradır.
Övlad sahibi olduqdan sonra insanda övladla ünsiyyətə meyl
fəallaşır. Valideyn övladını qucağına alır, ona məhəbbət
göstərir, onun ehtiyaclarını təmin edir. İctimai həyatın hifzi və
davamı üçün bu təbii meyllər mühüm amildir.