Page 255 - Islamic Studies 05
P. 255
Bədgümanlıq və onun növləri (254
Digər bir tərəfdən övladın ata-anaya məhəbbəti uyğun
rabitələri daha da möhkəmləndirir, ailə üzvlərini bir-birinə
yaxınlaşdırır, onlar arasında dərin bir bağlılıq vücuda gəlir.
Bu daxili istəklərdən bir növü də ərlə arvad arasında vücuda
gəlir. Qadın və kişi təbii amillərlə bir-birinə doğru cəzb olunur.
Ailə qurduqdan sonra ailə cütlüyünün hər biri hiss edir ki, o
birinin yanında rahatlıq tapır. Bu rahatlıq heç bir başqa yolla
vücuda gəlmir. Qurani-kərim bu barədə buyurur: «Onun
nişanələrindən biri budur ki, sizin üçün özünüzdən aramlıq
tapacağınız zövcələr qərar verdi, aranızda dostluq və
mehribanlıq yaratdı.»("Rum", 21.)
Allah-taala bəşəri elə xəlq edib ki, o yalnız öz cütlüyü
sayəsində rahatlıq tapır. Qadın və kişinin bu sayaq bağlılığı
insanları bir-birinə yaxınlaşdıran digər amildir. Bu amil onlar
arasında rabitələri gücləndirir.