Page 257 - Islamic Studies 05
P. 257

Bədgümanlıq və onun növləri (256

               Amma  bir  sıra  ictimai  rabitələr  adətən  ağılın  hökmü  ilə
               qurulur.  Belə  rabitələri  qurarkən  insan  seçim  aparır,  kiminlə
               rabitə  qurulmasının  daha  faydalı  ola  biləcəyi  haqqında
               düşünür.  İqtisadi  rabitələrin  qurulmasında  daha  çox  mənfəət
               amili böyük rol oynayır. İnsan bu yönümdə seçim apararkən
               əqli  hesablamalara  istinad  edir.  Amma  unutmamalıyıq  ki,
               uyğun  rabitələrdə  hər  iki  tərəf  məsələyə  eyni  münasibətlə

               yanaşır. Bu qəbil rabitələrin qorunmasında mühüm şərtlərdən
               biri odur ki, hər iki tərəf fayda götürə bilsin. Əgər tərəflərdən
               biri  ümumi  mənfəət  üçün,  digəri  yalnız  özü  üçün  çalışarsa
               uyğun  rabitələr  davam  etməz.  Uyğun  rabitələrdə  insan  özü
               üçün xeyir intizarında olduğu kimi, qarşı tərəf üçün də mənfəət
               nəzərdə tutmalıdır.
   252   253   254   255   256   257   258   259   260   261   262