Page 261 - Islamic Studies 05
P. 261

Bədgümanlıq və onun növləri (260

               Maddi hesabatlar baxımından uyğun dəyər anlaşılmır. Amma
               İslam  çarəsiz  insanlara  ehsan  edilməsini,  onlara  büdcə
               ayrılmasını tapşırır. Göstəriş verilir  ki, bu  zümrənin  sizə heç
               bir  faydası  olmasa  da, onlara  qayğı göstərin və  bu  iş  fərdlər
               tərəfindən yerinə yetirilməsə, İslam dövləti ümumi büdcədən
               vəsait  ayırmalıdır.  Çarəsiz  insanlar  həyatının  son  anınadək
               təmin edilməli, onlara xidmət göstərilməlidir. Onların ömrünü

               bir  dəqiqə  azaltmaq  haqqımız  yoxdur.  Əgər  bir  şəxs
               xəstəxanaya köçürülməklə bir saat artıq yaşaya bilərsə, bu iş
               görülməlidir.  İnsanın  cəmiyyət  üçün  faydasız  olduğunu  əsas
               götürüb  onun  ömrünü  kəsmək  olmaz.  İslam  bu  məqamda
               ehsan  göstərişi  verir  və  ədalat  arxa  plana  keçir.  Materialist
               məntiqi baxımından bu dəyəri aydınlaşdırmaq mümkünsüzdür.
               Uyğun baxışa əsasən, cəmiyyət üçün heç bir faydası olmayana
               xidmət göstərməyə dəyməz. İlahi məntiq isə başqadır. Ehsan
               göstərişi  belə  izah  olunur  ki,  çarəsiz  fərd  hər  şeydən  öncə
               Allahın  bəndəsidir  və  ona  xidmət  göstərənlər  Allahdan
               mükafat  alasıdır.  Çarəsiz  insanlara  xidmət  göstərənlərin
               zəhməti  əvəzsiz  qalmır.  Allah-təala  dünya  və  axirətdə
               belələrinə  əvəz  verir.  Məad  və  axirətə  inanmayıb, sırf  əxlaqi
               baxımdan başqalarına xidmət göstərənlərə Allah bu dünyadaca
               mükafat  verir.  Amma  əgər  bu  şəxs  mömin  olsa  dünya  və
               axirətdə öz xidmətlərindən bəhrə götürür.
               İlahi və dini məntiqə əsasən, birtərəfli qaydada ehsan tövsiyə
               olunan işdir. Birtərəfli qaydada xidmət göstərən şəxs düşünür
                                                                                1
               ki, Allah bəndəsinə xidmət edir və Allahdan muzd alacaq.










               1 - Ayətullah Misbah Yəzdi, Şəhadət yatağında Mövlanın öyüdü, səh.   50
   256   257   258   259   260   261   262   263   264   265   266