Page 262 - Islamic Studies 05
P. 262
261) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Ümumi şəkildə demək olar ki, əlindən iş gəlməyənlərə ehsan
edilməlidir. Amma İslam maarifinə müraciət etdikdə, ayə və
rəvayətlərdən məlum olur ki, ehsan dairəsi daha genişdir, hətta
ata-ana da bu çərçivədədir. Ata-ananın iş qabiliyyəti olsa belə
övlad onlara xidmət etməyə borcludur. Ata anaya demək
olmaz ki, siz nə qədər xidmət etmisinizsə, mən də o qədər
xidmət edəcəm. İslam belə bir baxışı rədd edir. Ata-ana övlada
heç bir xidmət göstərməmiş olsa da, övlad onlara xidmət
etməyə borcludur. Əlbəttə ki, ata-ananın da övlada
münasibətdə vəzifələri var.