Page 259 - Islamic Studies 05
P. 259

Bədgümanlıq və onun növləri (258

               Əgər fəhlə öz zəhməti müqabilində maaş alırsa demək ədalətə
               əməl  olunur.  Amma  zəhməti  müqabilində  maaş  almayan
               fəhləyə sitəm qılınır və bu rabitə davamlı ola bilməz. Əgər ev
               sahibi ilə icarəçi arasında rabitələrin möhkəm olmasını istəsək,
               icarəçi mülkün dəyərinə uyğun icarə ödəməlidir. Əgər ictimai
               rabitədə  hər  iki  tərəfin  faydası  nəzərə  alınırsa,  bu  rabitə
               ədalətlidir. Tərəflər ədalətli münasibətlərin hər iki tərəfə fayda

               verdiyini anladıqda ədalət əsasında rəftar etməyə çalışacaqlar.
               Ədalət hökm edir ki, cəmiyyətə fayda verənlərə fayda verilsin.
               Faydalar  bir-birinə  münasib  olmalıdır.  Bu  ağılın  hökmüdür.
               Dövlət  bir  zümrəyə  yardım  əli  uzatdıqda  həmin  zümrənin
               cəmiyyətə faydasını nəzərə almalıdır. Ədalətə riayət olunması
               üçün uyğun tənasüb gözlənilməlidir. Belə olduqda xalq ictimai
               rabitələrin  qorunmasına  maraq  göstərir.  Fərdlər  ictimai
               rabitələrdən  zərər  gördükdə  bu  rabitələri  qırmağa,  bac
               verməyəcəkləri  rabitələrin  qurulmasına  çalışırlar.  Uyğun
               prinsipi  fəlsəfi  baxımdan  hamı  anlamasa  da,  ümumi  şəkildə
               dərk edir. Hər bir insan anlayır ki, o aldığı muzda uyğun yük
               çəkməlidir. Bəli, xidmət müqabilində haqq ödəmək lazımdır.
               Bütün insanlar fitri olaraq bu həqiqəti anlayır.
               Şübhəsiz, ictimai həyatın hifzi üçün ən böyük amil ədalətdir.
               Bu  həqiqətin  isbatı  üçün  ayə  və  rəvayətlərə  müraciət  etmək
               olar.  Amma  bu  araşdırma  söhbətimizin  mövzusundan
                         1
               xaricdir.














               1 - Ayətullah Misbah Yəzdi, Şəhadət yatağında Mövlanın öyüdü, səh.   47
   254   255   256   257   258   259   260   261   262   263   264