Page 260 - Islamic Studies 05
P. 260
259) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Bədgümanlıq ictimai rabitələri möhkəmləndirən Ehsan
prinsipinin əleyhinə olaraq
Nəzərə almalıyıq ki, cəmiyyətdə kiməsə fayda vermək
imkanından məhrum insanlar da var. Əgər bir şəxs anadan kor,
iflic, şikəst doğulmuşsa, qayğısız qalmalıdırmı? Əlbəttə ki, bu
zümrədən olanlar kiməsə xidmət etmək imkanına malik deyil,
əksinə ömür boyu xidmətə möhtacdır. Qarşılıqlı haqlar
yaradan ədalət prinsipinə əsasən bu şəxsə necə münasibət
göstərilməlidir? Axı ədalətə əsasən, insan zəhməti müqabilində
muzd almalıdır. Əgər cəmiyyətdə yalnız ədalət əsas
götürülərsə (ədalətin haqqında danışdığımız nümunəsi), kimsə
özünü imkansızlara xidmət göstərməyə borclu saymayacaq. Bu
əsasla cəmiyyətin qayğısına möhtac insanlar ölümə
məhkumdur! Bir ömür fəaliyyət göstərib fiziki iş imkanını
itirən qocalar da bu qəbildəndir. Çünki onlar elə bir yaşa
çatmışlar ki, cəmiyyətdən yalnız bəhrələnirlər və xidmət
göstərmək gücündə deyillər. Məsələyə materialist baxışı ilə
yanaşdıqda cəmiyyət üçün faydasız insanları yaşamaq
haqqından məhrum etməliyik.
Bəli, özünü mədəniyyət carçısı sayanlar arasında bu sayaq
düşünənlər var.
İslamın isə baxışı fərqlidir. İslam ictimai həyatda ədalətlə
yanaşı ehsan və xeyriyyəçiliyi də bir əsas sayır. Quran
1
buyurur: «Həqiqətən, Allah ədalət və ehsan əmr edir.».
1 - Nəhl, ayə 90