Page 263 - Islamic Studies 05
P. 263

Bədgümanlıq və onun növləri (262

               Amma  onların  xidmət  edib-etməməsi  övlad  üçün  əsas
               sayılmır.  İslam  nəzərincə,  ata-ananın  qəlbini  sındırmaq  və
               ağvalideynlik böyük günahlardandır. İslam bildirir ki, ata-ana
               hətta kafir olarsa, övlad onlara ehsan etməyə borcludur. Yalnız
               valideynlər övladı küfrə və ya günaha sövq etdiyi halda onlara
               itaət  olunmamalıdır.  Allah  əmri  müqabilində  valideyn  əmri
               möhtərəm  deyil.  Bütün qalan  hallarda  övlad  ata-anaya  ehsan

               etməyə  vəzifəlidir.  Təəssüf  ki,  bu  gün  deyilənlərə  əməl
               olunmur. Müasir dövrün məntiqinə əsasən, ata-ana övlad üçün
               zəhmət  çəkməyə  borcludur.  İnsanlar  arasında  belə  bir  ənənə
               yaranıb ki, valideyn övladın yaşayış, təhsil xərclərini ödəməli,
               ona  sərmayə  verməli,  evləndirməli,  ev  və  maşın  almalıdır!
               Maddi  məntiqə  əsaslanan  bu  baxış  təəssüf  doğurur.  İlahi
               məntiqə  əsasən  hətta  kafir  valideynin  də  övlad  qarşısında
               haqları var. Hətta övlad üçün heç bir iş görməyən valideynə də
               xidmət göstərilməlidir. Ata-anaya münasibət ədalət yox, ehsan
               prinsipi  üzərində  tənzimlənmişdir.  Onlara  xidmətin  muzdu
               Allah tərəfindəndir. Qurani-kərimdə oxuyuruq: «Rəbbin hökm
               edib ki, Ondan qeyrisinə pərəstişdən çəkinib, ata-anaya ehsan
               edəsiniz.  Əgər  onlardan  biri  və  ya  hər  ikisi  sənin  yanında
               qocalıq həddinə çatsalar, onlara «uf» demə, qabalıq göstərmə,
               gözəl şəkildə danış. Mehribanlıqla onlara təvazö qanadını aç,
               de  ki,  Pərvərdigara,  onlar  məni  körpəlikdən  böyütdüyü  kimi
                                                1
               hər ikisinə mərhəmət göstər.»














               1 - İsra, 23-24
   258   259   260   261   262   263   264   265   266   267   268