Page 264 - Islamic Studies 05
P. 264
263) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Gördüyünüz kimi, tövhid tapşırığından dərhal sonra valideynə
ehsan tövsiyə olunur. Belə bir şəri göstəriş olmasaydı,
valideynə yaxşılığın ehsan olduğunu ağlımızla dərk edə
bilməzdik. Əlbəttə, sağlam fitrəti olanlar həmin fitrət vasitəsi
ilə dərk edirlər ki, ata-ana ilə mehriban davranmaq, onlar
qarşısında təvazökar olmaq lazımdır. Amma xalqın çoxu
anlamır ki, ata-anaya ehsan zəruridir. Bu səbəbdən Qurani-
kərim bir neçə məqamda uyğun məsələni xatırladır və ciddi
göstəriş verir. Allah-təala ata-anaya ehsanı o qədər mühüm
sayır ki, bu məsələni ən mühüm nöqtənin ardınca bəyan edir.
Oxşar təbir başqa üç məqamda da zikr olunmuşdur: «Bəni-
İsraildən əhd aldıq ki, Allahdan qeyrisinə pərəstişdən çəkinib
ata-anaya ehsan etsinlər.»("Bəqərə", 83.) ; «Allaha pərəstiş
edin, nəyisə ona şərik qoşmayın, ata-anaya yaxşılıq
edin.»("Nisa", 36.); «De ki, gəlin Rəbbinizin sizə haram
etdiyini deyim: Nəyisə ona şərik qoşmayın, ata-anaya ehsan
1
edin.»
Digər bir ayədə Allaha şükür ata-anaya təşəkkürlə yanaşı qeyd
olunur: «İnsana ata-anası haqqında tövsiyə verdik; anası ona
hamilə oldu; ağırlıq üstdən ağırlıq; uşağın süddən ayrılması iki
2
il çəkir. (Bəli, ona tapşırdıq ki) Mənə və ata-anana şükür et.»
Göründüyü kimi, ayədə «şükür et» əmri cəmi bir dəfə işlədilir.
Eyni bir əmrdə həm Allah, həm də ata-ana nəzərdə tutulur. Bu
hal ata-anaya böyük diqqətin və onlara ehsanın əhəmiyyətini
göstərir. Bu nöqtəni də qeyd etdik ki, bu məsələ heç bir maddi
məntiqə sığmır və yalnız ilahi məntiqlə izah olunur.
1 -Ənam, ayə 151
2 - Loğman, ayə 14