Page 258 - Islamic Studies 05
P. 258
257) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Bədgümanlıq ictimai rabitələrdə ədalət prinsipinin
əleyhinə olaraq
Haqqında danışdığımız ictimai rabitələrdə qarşılıqlı mənfəətin
təmini prinsipi hakimdir. Uyğun rabitələr yalnız bu prinsip
əsasında davam edə bilər. Bu qəbil rabitələrdə insan qarşı tərəf
üçün mənfəət nəzərdə tutmağa məcburdur. Qarşı tərəf üçün
mənfəət nəzərdə tutulmaması əslində şəxsi mənfəəti
itirməkdir. Bəli, uyğun rabitələrdə mənafelərin qarşılıqlı
şəkildə qorunması zəruridir. Tərəflər arasında mənafelərin
hifzi üçün ədalət əsas götürülür. Yalnız ədalət üzərində
qurulmuş rabitələr davamlı ola bilər. Prinsipcə, ictimai həyatın
əsasını ədalət təşkil edir. Ədalət varsa ictimai rabitələr yaranası
və möhkəmlənəsidir. Ədalət üzərində qurulmuş rabitələri hamı
qorumağa çalışır. Çünki şəxsi mənafe bu rabitələrin
möhkəmlənməsindən asılıdır.
Bu ümumi qayda (ədalət əsasında mənafelərin qarşılıqlı
təmini) düşüncəli və ya təbii şəkildə bütün insanların zehnində
mövcuddur. Uyğun prinsip ictimai rabitələrə ciddi təsir
göstərir. İslamın əksər ictimai qanunlarında da ədalət prinsipi
nəzərə alınmışdır. Nə üçün bütün qanunlarında yox, əksər
qanunlarında deyirik? Bu nöqtəni söhbətimizin gedişində
aydınlaşdıracağıq.