Page 267 - Islamic Studies 05
P. 267

Quranda övlad haqları (266

                  Övladın haqları



                  Biz burada bir neçə övlad haqlarında toxunub, onları

               təhlil etməyə çalışacağıq:


                   1.  ÖVLADIN MÜDAFİƏ HAQQI


                        Mübarək Nisa surəsinin 75-ci ayəsində deyilir: “Sizə
               nə olub ki, Allah yolunda vuruşmursunuz? Eləcə də o aciz
               kişilər, qadınlar və uşaqlar (üçün ki), o kimsələr (dua edərək
               belə)    deyirlər:  “Ey Rəbbimiz!  Bizi,  əhalisi  zalim olan  bu
               şəhərdən  kənara  çıxart,  bizə,  öz  dərgahından  bir  dost
               (mühafizəçi) göndər və bizə, Öz dərgahından bir yardımçı
               göndər!”
                        Ayə Məkkə əhlinin təzyiq və işgəncələri altında baş
               götürüb  qaçan  müsəlmanlar  haqqındadır.  Bu  müstəzəflər
               (məhrumlar)  sıxıntılı  mühitlərdə  giriftar  olan  və  onların
               ümidi hər yerdən kəsilənlərdir. Buna görə duaya əl atib, öz
               Allahlarından  istəyirlər,  o  zülm  və  işgəncə  mühitindən
               qirağa  çıxsınlar.  Azadlıqları  uğrunda  cihaddan  boyun
               qaçıranlar  məzəmmət  olunurlar.  Müsəlmanlar  bir-birlərinə
               münasibətdə dini qeyrət və təəssüb göstərməlidirlər. Onlar
               bir-birlərinin     nalələrinə      və      fəryadlarına      biganə
               qalmamalıdırlar.  İslami  cihadın    hədəflərindən  biri
               müstəzəfləri,  o  cümlədən  uşaqları  zalim  hakimlərin
               zülmündən  xilac  etməkdir.  İslam  sərhəd  tanımır,  harada
               müstəzəf varsa, cihad da vardır.
                        İslam  ordusu  o  qədər  güclü  olmalıdır  ki,  bütün
               dünya    məhrumlarına  nicat  verə  bilsin.  Müsəlmanlara
               rəhbərlik Allah tərəfindən olmalıdır.
   262   263   264   265   266   267   268   269   270   271   272