Page 268 - Islamic Studies 05
P. 268
267) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Ayədə nəzərə çatdırılan bir sıra nöqtələrə
alimlərimizin diqqət çəkdiyi məsələlərə işarə etmək
istərdim:
1. İslam cihadı qabaqca işarə olunduğu kimi var-
dövlət, vəzifə və yaxud başqa ölkələrin təbii mənbələrini,
xammallarını ələ gətirmək, satış bazarını ələ keçirmək,
əqidə və siyasəti zorla qəbul etdirmək kimi bir şey deyildir.
Bəlkə təkcə fəzilət və iman üsullarını yaymaq, məzlumları,
qol-qanadı sınmış kişi və qadınları, məhrum olunmuş və
zülm çəkmiş körpələri müdafiə etməkdən ibarətdir.
Beləliklə, yuxaridakı ayədə işarə olunduğu kimi cihadın iki
kamil məqsədi vardır: İlahi məqsəd və insani məqsəd. Bu
iki məqsəd həqiqətdə bir-birindən ayrılmazdır və bir
həqiqətə qayıdırlar.
2. İslamın nəzərində yaşayış qabiliyyətinə malik
olan mühit odur ki, insanın öz düzgün əqidəsinə əməl
etməyə imkanı olsun.
Amma qorxu bürümüş bir mühitdə insan
“müsəlmanam” sözünü deməkdə azad deyilsə, o mühitdə
yaşamaq qabiliyyəti yoxdur. İmanlı adamlar da arzu edirlər
ki, belə bir mühitdən çıxıb getsinlər. Çünki, belə bir mühit
zalımların fəaliyyət mərkəzidir.
Maraqlı burasıdır ki, Məkkə müqəddəs bir şəhər və
mühacirlərin doğma vətəni olmasına baxmayaraq, onun
qorxunc və dəhşətli mühiti onların öz Allahlarından əl
çəkib, oradan çıxıb getməsinə səbəb oldu.
3. Yuxarıdakı ayənin sonunda oxuyuruq: “Duşmən
cəngində giriftar olmuş müsəlmanlar özlərinin nicat tapması
üçün əvvəl Allah tərəfindən rəhbər və sonra isə kömək
istədilər.” Zalımların cəngindən qurtulmaq üçün hər şeydən
qabaq ürək yandıran, ləyaqətli sərpərəst və rəhbərin vücudu,
sonra isə kömək və kifayət qədər adam lazımdır.