Page 269 - Islamic Studies 05
P. 269

Quranda övlad haqları (268

                        Beləliklə, hərçənd köməyin sayı çoxdur, lakin həqiqi
               bir rəhbərdən istifadə etmədikdə nəticəsizdir.
                        4. İmanlı şəxslər hər şeyi Allahdan istəyir və ehtiyac
               əlini Ondan qeyrisinə tərəf uzatmırlar. Hətta əgər sərpərəst
               rəhbər və kömək istəyirlərsə, Ondan tələb edirlər.




               2. ÖVLADIN MÜŞAVİRƏ HAQQI


                        Mübarək Saffat surəsinin 102-ci ayəsində buyurulur:
               “O, yüyürüb qaçmaq çağına çatdığı zaman (İbrahim) dedi:
               “Ey  oğlum!  Mən  yüxüda  gördüm  ki,  mən  səni  qurban
               kəsirəm. Bax gör nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə
               əmr  olunanı  yerinə  yetir.  İnşallah,  mənim  səbirlilərdən
               (olduğumu) görəcəksən!”
                        “Şuara”  surəsinin  83-cü  ayəsində  həzrət  İbrahim
               Allahdan diləyir ki, onu salehlərdən qərar versin. Bu ayədə
               isə o, övladının salehlərdən olmasını diləyir. Peyğəmbərlər
               arasında  yalnız  İbrahim  və  İsmayıl  öz  helmləri  ilə  vəsf
               olunmuşlar.  “Həqiqətən  İbrahim  çox  ah  çəkən  və  həlim
               idi.” 1   Saleh  övlad  İlahi  hədiyyə  və  peyğəmbərlərin
               dualarından  biridir.    Əsas  məsələ  övladın  gözəlliyi  və  ya
               ağlının iti olması yox, onun saleh olmasıdır. Ailənin Allaha
               doğru  hərəkəti  üçün  saleh  övlad  ən  üstün  yardımçıdır.
               Ailədə  ata  öz  övladları  ilə  mehriban  davranmalı,  onlara
               hörmət  göstərməlidir.  Allah  yolunda  bütün  əsarətlərdən,
               hətta  övlada  bağlılıqdan  azad  olmaq  lazımdır.  Həzrət
               İbrahim  bir  ömür  yolunu  gözlədiyi,  dua  və  yalvarışlarla
               Allahdan aldığı övladı, ona kömək olan bir vaxtda öz əli ilə
               qurban kəsməyə hazir olur.


               1  Tövbə surəsi, ayə 114
   264   265   266   267   268   269   270   271   272   273   274