Page 272 - Islamic Studies 05
P. 272
271) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
və qohumların haqqından öndə gəlir. İrs hökməri İlahi elm
İlahi hikmətə əsaslanır.
Övlada irs çatması bir çox fəaliyyətlərə səbəb olur.
Var dövlətinin övladına çatmayaçağını bilən insan bir o
qədər də çalışmaz. Fransada varislik qanunu ləğv
olunduqdan sonra bir çox iqtisadi fəaliyyət sahələrində
tənəzzül müşahidə olundu. Cahil ərəblər qadinları və
uşaqları irsdən məhrum edirdilər. İslam isə övlad və qadına
onların ehtiyacı qədərində irs payı ayırır.
Dünyasını dəyişmiş şəxsin var-dövlətindən onun
övladlarına ata-anasından çox pay düşməsinin səbəbi bu ola
bilər ki, insanın qoca yaşlarında ehtiyacı az olur. Əgər
ölənin qardaşı yoxdursa, ananın payı üçdə bir, əgər qardaşı
varsa, ananın payı altıda bir olur. Qalan hissə isə ata
üçündür. Atanın daha çox irs payı almasının səbəbi bu ola
bilər ki, ölənin qardaşlarının xərci də, adətən, atanın
öhdəsinə düşür.
Bu ayənin təfsiri ilə bağlı Ayətillah Məkarim Şirazi
cənablarının Təfsiri-Nümunə, Nisa surəsinin təfsirinə
müraciət edək.
Bu ayəni təfsir etməmişdən öncə bir neçə nöqtəyə
işarə edək.
Birincisi bundan ibarətdir ki, çoxları belə təsəvvür
edirlər, nə yavşı olardı, bir kəs öləndə onun malı ümumi
malların bir hissəsi olub, beytul malın ixtiyarına qoyulsun.
Lakin diqqətlə baxdıqda aydınlaşır ki, bu iş tamamilə
ədalətdən uzaqdır. Çünki, miras məsələsi bütövlükdə təbii
və məntiqi bir işdir. Adətən ata və ana öz cismi sifətlərini
təbii miras qanununa əsasən, sonrakı nəsillərə ötürdükləri
kimi, nə üçün onların malları bu qanundan istisna (kənarda)
olsun? Və gələcək nəsillərə ötürülməsin?