Page 270 - Islamic Studies 05
P. 270
269) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Ayədən aydın olur ki, Allah bizə bəyan edir ki,
övladlarınızın şəxsiyyətini inkişaf etdirmək üçün onlarla
məsləhətləşin və onların mülahizələrini öyrənin. Xalqın
hazırlığını dəyərləndirmək üçün onların fikrini öyənmək
açıq aydın işlərdə faydalıdır. Həzrət İbrahim (ə) öz
yuxusuna şəkk etməsə də, yenə İsmaillə məsləhətləşdi.
İnsan ömrünün zirvəsi onun fədakarlıq dövrüdür. İsmail
gənclik dövrünədək bir neçə mərhələ keçmişdi. Növcavanlıq
isə onun çiçəkləndiyi bir mərhələ idi. Olsun ki, bu
baxışdan Allah İbrahimi “növcavanla” müjdələyir. Mömin
insan Allaha təslimdir, Onun göstərişləri müqabilində
bəhanə gəzmir.
Öz növbəsində ataya onun işlərində kömək
göstərmək övladın yaxşılığını göstərir. Gərək uşaqlar da
böyükləri İlahi işlərə təşviq edib ürək-dirək versinlər.
Vəzifəyə əməl etmək üçün səbr və dözümə ehtiyac var. Səbr
isə Allahdan istənilməlidir. Səbr və dözüm salehlərin
xüsusiyyətlərindəndir. İsmailin səbri Allahın bu növcavanın
həlim olması ilə bağlı vədi idi. Kamillikləri öz qazancımız
yox, Allahın hədiyyəsi bilək. Allah yolunda addım ataq və
Onun lütflərinə əmin olaq. Çünki, ilahi insanlar üçün
çıxılmaz vəziyyət yoxdur, onlar Allaha təvəkkül və diqqətlə
çıxış yolu tapırlar. Bütün işlərdə “inşallah” söyləyək.
Beləliklə, belə bir nəticə alırıq ki, insanın uğur
qazanmasına bais olan amillərdən biri də məşvərət etmək,
məsləhətləşməkdir. Çünki, bilikli, təcrübəli və ürəyiyanan
insanlarla məsləhətləşdikdə, insan onların bilik və
təcrübəsindən faydalanır. Odur ki, başqaları ilə
məsləhətləşməyi uşaqlara əməli surətdə təlim etmək üçün
valideynlərin öz azyaşlı övladları ilə də məsləhətləşmələri
tövsiyə olunur. Bundan əlavə, böyüklər uşaqlarla məşvərət