Page 271 - Islamic Studies 05
P. 271

Quranda övlad haqları (270

               etdikdə uşaqlar özlərini əhəmiyyətli hesab edir və düşünüb
               öz fikirlərini deməyə çalışırlar.



               3.  ÖVLADIN İRS HAQQI

                        Qurani      Kərimdə       irs    haqqı,     irs    payının
               bölüşdürülməsi  barədə  bir  sıra  ayələr  yer  almışdır.
               Bunlardan  biri  Nisa  surəsinin  11-ci  ayəsidir  ki,  burada
               övladların  və  valideynlərin  irs  haqqından  danışılır.

               Sözügedən  ayədə  Uca  Tanrı  buyurur:  “Allah  Təala  sizə
               övladlarınız  haqqında  sifariş  edir  ki,  (mirasdan)  oğlanlar
               üçün iki qızın payı qədər irs düşür. Əgər sizin övladlarınızın
               sayı    iki  qızdan  artıqdırsa,  mirasın  üçdə  iki  hissəsi  onlara
               çatır. Və əgər varis təkcə bir qızdırsa, (mirasın) yarısı onun
               payıdır.  Və  onun  (dünyadan  köçmüş  şəxsin)  bir  övladı
               olduğu təqdirdə, ata-anasının hər biri üçün mirasdan altıda
               bir hissəsi veriləcəkdir. Əgər onun övladı yoxdursa və varisi
               (yalnız) ata və anadan ibarətdirsə, mirasın üçdə bir hissəsi
               anaya  aiddir.  Əgər  onun  (dünyadan  köçmüş  şəxsin)
               qardaşları varsa, ananıa hissəsi altıda birdir (qalan altıda beş
               hissəsi atanındır). (Bu bölgü) ölən şəxsin vəsiyyətinə əməl
               etdikdən və onun borclarını ödədikdən sonra aparılır.
                        Ata-analarınızın və övladlarınızın hansı birinin sizin
               üçün xeyirli olduğunu bilmədiyiniz üçün bu  (bölgü) Allah
               tərəfindən vacib edilmişdir. Allah Təala alim (hər şeyi bilən)
               və hikmət sahibidir.”
                        İslam  fitrət  dinidir.  Övladın  vücudu  valideynin
               vücudunun davamı olduğundan və valideynin cismi və ruhi
               xüsusiyyətləri övlada  ötürüldüyündən onun var-dövləti də
               övlada  çatmalıdır.  Vəsiyyət  insanın  öz  haqqı  olduğundan
               varislərin hüququndan  öndə  gəlir.   Xalqın  haqqı varislərin
   266   267   268   269   270   271   272   273   274   275   276