Page 273 - Islamic Studies 05
P. 273
Quranda övlad haqları (272
Bundan əlavə hər bir kəsin halal malı zəhmətlərinin
nəticəsidir ki, həqiqətdə onun bir yerə təplanmış qüvvəsini
nişan verir. Elə buna görə də biz hər kəsi öz zəhməti ilə əldə
etdiyi mala sahib bilirik. Bu fitri bir hökmdür.
Dediklərimizə əsaslanaraq deyirik insan ölən zaman
öz mal-dövlətindən uzaqlaşır. Ədalətli yol budur ki, onun
malı ən yaxın adamlarına verilsin. Həqiqətdə ölənin yaxın
adamlarının varlığı onun özünün varlığının davamı sayılır.
Elə buna görə də camaatın əksəriyyətinin ömrünün
axirina kimi, yaşamaq üçün malı və sərmayəsi vardır, lakin
bununla belə onlar çalışmaqdan, işləməkdən əl çəkmirlər və
onların məqsədi övladlarının gələcəyini təmin etməkdir. İrs
qanunu bir dövlətin iqtisadiyyatına çox qüvvə və təsir
bağışlaya bilər. Əgər hər kəsin malı ölümündən sonra
tamamilə ondan alınıb, ümumi xəzinəyə tapşırılarsa, onda
iqtisadi fəaliyyətlərin bir hissəsinin dayanmasına səbəb olar.
İrs qanunun fitri kökü olduğuna görə qədim xalqlar
arasında müxtəlif formalarda müşahidə olunur. Bəziləri
iddia edirlər ki, yəhudilər arasında irs qanunu olmayib.
Lakin biz Tövrat kitabına müraciət etdikdə bunun əksini
müşahidə edirik. Məlum olur ki, bəni israil millətləri
arasında irs məsələsi ancaq kişi qohumlarını əhatə edirmiş,
çünki orada həyat yoldaşının adı çəkilmir.
Həzrəti Məsihin (ə)-ın (İsanın) dinində həmin
Tövratdakı irs qanunu etibarlı sayılırdı. Çünki, indiki
İncillərdə nəql olunur ki, Həzrəti Məsih (ə) demişdir: “Mən
Tövratdakı hökmləri dəyişdirmək üçün gəlməmişəm.
Elə buna xatir əldə olan kitab və risalələrdə irs barəsində bir
mövzu tapmırıq. Ancaq bəzi yerlərdə irs sözündən alınmış
kəlmələrdən istifadə olunmuşdur ki, onların da hamısı
1
mənəvi və üxrəvi irs barəsindədir.
1 Qamus müqəddəs kitabı, səh.903