Page 274 - Islamic Studies 05
P. 274

273) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                        Amma ərəblərdə islamdan qabaq irs məsələsi bu üç
               yolun birindən ibarət idi:
                        1.  Nəsəb.  Onların  nəzərində  nəsəbdən  məqsəd
               ancaq  oğlanlar  və  kişilər  idilər,  uşaqlar  və  qadınlar  isə
               irsdən məhrum idilər.
                        2.  Təbna. Yəni ailədən qovulmuş övladdır ki, başqa
               bir  ailə  onu  özünə  nisbət  verərərk  oğulluğa  götürülmüş

               hesab  edirdi.  Belə  surətdə  bu  oğulluq  atalıq  arasında
               yaranan rabitə ilə irs meydana gəlirdi.
                        3.  Əhd  peyman.  Yəni  iki  nəfər  birlikdə  əhd
               edirdilər, nə qədər ki, diridirlər bir-birini müdafiə etsinlər və
               öləndən sonra bir birindən irs aparsınlar.
                        4. İslam dini təbii və fitri irs qanununu, ona qarışmış
               xurafatdan  təmizləyərək,  bir  tərəfdən  uşaqlar  və  qocalar
               arasında  qoyulmuş  zalimanə  ayrıseçkiliyi  aradan  apardı.
               İrsin  sərçeşməsini  üç  şeydə  xülasə  etdi.  O  vaxta  kimi  bu
               şəkildə olmamışdı:
                        4.  Nəsəb  –  onun  geniş  mənası,  yəni  doğulmaq
               vasitəsilə iki nəfərin müxtəlif səthlərdə, fərqi yoxdur kişi və
               qadın, ya uşaq və qoca arasındakı rabitədən ibarətdir.
                        5.  Səbəb  –  yəni  evlənmək  vasitəsilə  fərdlərin
               arasında yaranan rabitəyə deyilir.
                        6.  Vilai  –  qohumluqdan  nəsəb  və  səbəbdən  başqa
               yollarla iki nəfər arasında yaranan rabitədir. Vilai itq – yəni
               bir şəxs öz qulunu azad eləyə və o qulun öləndən sonra heç
               bir  qohumu  özündən  sonra  yadigar  qalmayib.  Bu  surətdə
               onun    malı  onu  azad  edən  şəxsə  çatacaqdır.  Qulları  azad
               etmək  üçün  bu  bir  növ  mükafatdır.  Vilai  zinan  cərirə  -  o
               xüsusi bir peyman (saziş) olub, iki nəfərin istəyi və iradəsi
               ilə  bağlanir.  İki  tərəf  bir-birini  müxtəlif  hallarda  müdafiə
               edəcəyinə söz vermişdilər, öləndən sonra (heç bir nəsəbi və
               səbəbi olmayan surətdə) bir-birindən irs aparsınlar. Digəri,
   269   270   271   272   273   274   275   276   277   278   279