Page 275 - Islamic Studies 05
P. 275

Quranda övlad haqları (274

               vilai  imamətdir.  Yəni  əgər  bir  şəxs  öləndən  sonra,  nəsəbi
               səbəbi  və  başqa  heç  varisi  olmayan  surətdə  onun  mirası
               imama  (ə)  və  başqa  sözlə  desək  müsəlmanların  beytul-
               malına verilir.
                        Əlbəttə,  yuxarıdakı  təbəqələrdən  hər  birinin
               özünəməxsus  hökmü  və  şəraitləri  vardır  ki,  onların  şərhi
               fiqhi kitablarda verilmişdir.

                        Bu ayədə birinci dərəcəli varislərin (övladlar, atalar
               və analar) hökmü izah olunur.  Aydın olduğu kimi heç bir
               qohumluq, ata və övlad arasında olan rabitədən yaxın deyil.
               Elə  məhz  buna  görə  Quran  onları  başqa  irs  aparan
               təbəqələrdən əvvəl bilmişdir.
                        Birinci  cümlədə  buyurur:  Allah  Təala  sizə
               övladlarınızın  barəsində  sifariş  edir  ki, oğlanlara  qızlardan
               iki  dəfə  çox  pay  verin.  Burada  cümlənin  quruluşuna  və
               bəyan  tərzinə  diqqət  etdikdə  görürük  ki,    qızların  irs
               məsələsi əsil, oğlanların irsi isə ikinci dərəcəli qərar verilib
               və  onların  (qızların)  səhmi  ilə  müqayisə  edilməklə  təyin
               edilib.  Bu,  bir  növ  qızların    irs  aparmasına  təkiddir  və
               cahiliyyət dövrünün səhv adətləri ilə mübarizədir ki, onları
               tamamilə  irsdən  məhrum  etmişdilər.  Bu  fərqlərin  fəlsəfəsi
               barədə bir qədər sonra şərh veriləcək.
                        Zahirdə  kişinin  irsi  qadınınkından  iki  dəfə  artıqdır.
               Lakin,  azca  diqqət  etdikdə,  aydınlaşır  ki,  bir  baxımdan
               qadınların irsi iki dəfə kişilərinkindən artıqdır. Burada islam
               dini qadınların hüquqlarından himayə etmişdir.
                        Bunu  izah  etdikdə,  islam  kişilərin  öhdəsinə  bəzi
               vəzifələr  qoymuşdur  və  ona  diqqət  etdikdə  aydın  olur  ki,
               kişilərin  qazancının  yarısı  qadınlara  xərclənir.  Lakin
               qadınların  öhdəsinə  bir  şey  qoyulmamışdır.  Kişi  gərək  öz
               həyat  yoldaşının  xərcini  onun  ehtiyacı  qədərində  ödəsin.
               Həmçinin  körpə  uşaqların  da    xərci  kişinin  öhdəsindədir.
   270   271   272   273   274   275   276   277   278   279   280