Page 282 - Islamic Studies 05
P. 282
281) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
günü günorta çağı iki rəkət namaz üçün sinəsini düşmən
oxlarına sipər etdi;
- namaz bütün əməllərin qəbulu üçün açardır.
Həzrət Əli (ə) öz vəlisinə buyurur: “Vaxtının ən gözəlini
namaz üçün ayır. Agah ol ki, bütün əməllərin namaz
1
sayəsində qəbul olar.” ;
- Quranın əksər surələrində, “Bəqərə” kimi böyük
surələrdən tutmuş, “Kövsər” kimi kiçik surələrdə namazdan
danışılır.
Müsəlmanlar öz qiblələrinə üz tutmaqla müstəqillik
dərsi alırlar. “Məsum imamların (ə) vilayətini qəbul
etmədən qılınan namaz qəbul deyil” rəvayətindən siyasi
baxışlar formalaşır. Spitli içki içənin qirx gün namazının
qəbul olmaması sağlam və pak qidalanma məsələsini önə
çəkir.
Deyilənlər namazda bizə aşılanan təsirlərin az bir
qismi idi. Mərhum imam Xomeyni buyurur ki, namaz insan
tərbiyə edən bir müəssisədir.
Əmr bə məruf dedikdə yaxşılıqların tövsiyəsi, nəhy
əz münkər dedikdə pisliklərin qarşısının alınması nəzərdə
tutulur. Loğmanın öz övladına əmr bə məruf və nəhy əz
münlər göstərişi verməsi bu vəzifələrin yaşdan asılı
olmamasını göstərir. Yaxşılığa çağırış əqidə məktəbinə eşq
nişanəsidir. Xalqa məhəbbət, cəmiyyətin sağlamlığına
maraq, söz azadlığı, dini qeyrət, səmimi dostluq rabitələri,
pak fitrət, ümumi nəzarət, ictimai fəallıq əmr bə məruf
nişanələrindəndir.
Yaxşılığa çağırış və pisliyə qadağa xeyir əməl
sahiblərini təşviq edir, cahil insanları oyadır, pis işlərin
qarşısını alır, bir növ ictimai asayiş yaradır. Quran buyurur
1 Nəhcül-Bəlağə, məktub 27