Page 281 - Islamic Studies 05
P. 281
Quranda övlad haqları (280
nəzərə alınmalıdır. Allah hər şeydən xəbərdar və hər şeyə
qadirdir. O, dəqiq hesab aparır, çünki Lətifdir.
17-ci ayədə buyurulur: “Oğlum! Namazı bərpa et,
yaxşılığa çağır, pisliyə qadağa qoy (əmr bə məruf və nəhy
əz münkər et), üzləşdiyin çətinliklərə müqavimət göstər. Bu
(səbir) vacib və mühüm işlərdəndir.”
Quranda 28 dəfə namazla yanaşı zəkat zikr
olunmuşsa da, burada namazla birlikdə əmr bə məruf
(yaxşılığa çağırış) yada salınır. Ayədə sərvəti olmayan oğula
müraciət edildiyindən zəkat tapşırığı zəruri sayılmaya bilər.
Bəzən müsibətlər, bəzən vəzifənin ağırlığı, bəzən günah
qarşısında səbir etmək lazım gəlir. Ayədən başa düşülür ki,
əmr bə məruf və namaz təkcə islama aid vacib əmrlərdən
deyil. İslamdan öncə də Loğman namaz tövsiyəsi verirdi.
Övladı namaza dəvət etmək valideynin
vəzifələrindəndir. Yaranış və məada diqqətdən sonra ən
mühüm əməl namazdır. Valideynlərə tövsiyə olunur ki,
övladlarınızı namaza dəvət etməklə möminliyə, əmr bə
məruf və nəhy əz münkər yolu ilə ictimailiyə sövq edin.
Onları yaxşılığa çağıran və pisliyə qadağa qoyan insanlar
kimi tərbiyə edin. İnsanın bu yolda səbir etməsi dəyərlidir.
Həm də doğru yolda olmaq bəs etmir, başqalarını da bu yola
dəvət etmək lazımdır.
Namaz və əmr bə mərufa çağırış münasibəti ilə bu
iki vəzifə haqqında qisa şəkildə danişaq:
- Namaz insanla Allah arasında ən sadə, ən dərin və
ən gözəl rabitədir. Bu ibadət bütün səmavı dinlərdə
mövcuddur;
- namaz o qədər mühümdür ki, həzrət İbrahim (ə)
öz zövcə və övladını otsuz-susuz səhrada qoymasını (Həcc
mərasimi ilə yox) namazın bərpası ilə əlaqələndirir;
- İmam Hüseyn (ə) və onun sadiq səhabələri aşura