Page 279 - Islamic Studies 05
P. 279
Quranda övlad haqları (278
əmr edir. İslam əhkamına görə haram işləri yerinə
yetirməkdə və ya vacib əməlləri tərk etməkdə övlad
valideynə tabe olmamalıdır. Yəni, vacib və haram kimi qəti
hökmü olan əməllərdə heç bir halda valideynin övlada
müdaxiləsinə icazə verilmir. Çünki, bunlar Mütəal Allahın
vacib buyurduğu hökmlərdir. Bununla belə, heç bir halda
valideyni incitməyə, kobud rəftara və yuxarı səs tonu ilə
danışmağa icazə verilmir. Əgər İlahi vacibata mane olarsa
belə onlarla gözəl şəkildə dil tapmaq lazımdır. Müstəhəb
əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı,
onların icazəsinə uyğun davranmaq tövsiyə olunur.
Bəli, sonsuz qüdrət və elm sahibi olan Allahdan
uzaqlaşıb çarəsiz fərdlər və əşyalara üz tutmaq bəşəriyyətə
ən böyük zülmdür. Cansız cisimlərə və zəif insanlara əsir
olmaq, özün kimi acizlərdən kömək istəmək
düşüncəsizlikdir. Quranda keçmişə aid əhvalatların nəql
olunması səbəblərindən biri şirkin kökünü qazmaqdır.
Yuxarıda qeyd edilən surənin 14-cü ayəsində
əvvəlcə insanın ata anasına yaxşılıq etmək tapşırılır, sonra
ananın hamiləlik dövrünə işarə olunur. Bu yolla insanın
əxlaqi vicdanını oyatmağa cəhd edilir. Valideynin və
övladın qarşılıqlı hüquqları var. Ötən ayədə atanın övlada
nəsihəti bəyan olundu. Bu ayədə isə övladın ata-anaya
ehsanından danışılır. Bütün insanlar çatdıqları məqamdan
asılı olmayaraq valideynə borcludurlar. Valideynə hörmət
təkcə islami yox, həm də insani bir haqdır. Bu hüquq
müvəqqəti xarakter daşımır, həmişəlikdir. Valideyn kafir
olsa belə ona ehsan etmək lazımdır.
Hamiləlik və südvermə dövrü ana qarşısında
vəzifələr yaradan və övlad şəxsiyyətinin formalaşdığı ən
mühüm dövrdür. Valideynə təşəkkür Allah qarşısında