Page 278 - Islamic Studies 05
P. 278

277) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               xüsusi  fəsillə  rastlaşırıq.  Bəzi  rəvayətlərdə  deyilir:  Bəzən
                                                                          1
               Peyğəmbər (s) Cəbrailə buyurardı: “Məni moizə et.”
                        Həzrət  Əli  (ə)    bəzən  öz  ətrafındakılara  buyurardı:
               “Məni  moizə  edin,  çünki  bilməkdə  olmayan  bir  təsir
                                 2
               eşitməkdə var.”
                        Övlad tərbiyəsinin üsullarını böyüklərdən öyrənmək
               lazımdır.  Moizə  zamanı  öncə  dinləyicinin  diqqətini  cəlb

               etmək, məhəbbət və mərhəmətlə, qarşı tərəfin şəxsiyyətinə
               hörmətlə  müraciət  etmək  lazımdır.  Moizə  hikmət  əsasında
               olmalıdır.  Övlad  nəsihətə  ehtiyaclı  olduğu  üçün  gərək
               onlardan xəbərsiz qalmayaq, övladlarımızla səmimi  söhbət
               edək.  Bu,  övlad  tərbiyəsində  ən  düzgün  yollardan  biridir.
               Atanın  övlad  qarşısındakı  vəzifələrindən  biri  moizədir.
               Gənclərlə  məzəmmət  yox,  moizə  dilində  danışmaq
               önəmlidir.  Haqqa  çagırış  və  moizədə  əsas  məsələləri  önə
               çəkmək  lazımdır.  İnsan  gərək  öz  moizələrini  dəlil  və
               məntiqlə bəyan etsin.
                        Şirk ən böyük təhlükə, ən mühüm məsələdir. Allah
               üçün  bütün  dünya  əhəmiyyətsiz  bir  şey,  şirk  isə  böyük
                                                                                  3
               zülmdür.  Quran  buyurur:    “Dünyanın  mənfəəti  azdır”.
               Yəni, insan bütün dünyanı almaq müqabilində belə şirkə yol
               verməməlidir.
                        Şirkin  olduqca  geniş  mənası  var.  Uyğun  sözün  ən
               bariz mənası bütpərəstlikdir. Şirkin digər mənası Allahdan
               qeyrilərinə və ya azğın nəfs istəklərinə sözsüz itaətdir. Şirk
               insanın yaxşı əməllərini puça çıxarır. Necə ki, od yaşıl ağacı
               məhv edir.  Şirk o qədər təhlükəlidir ki,  dörd dəfə tövhid ilə
               yanaşı  valideynə  əhsan  etməyi  tapşıran  Quran,  övlada
               Allahdan qeyrisinə doğru çağıran valideynə itaət etməməyi


               1  “Məvaizi-Səduq”, səh.92
               2  Şəhid Mütəhhəri, “10 söhbət”, səh.224
               3  Nisa surəsi, ayə 77
   273   274   275   276   277   278   279   280   281   282   283