Page 277 - Islamic Studies 05
P. 277
Quranda övlad haqları (276
əsasında qurulmuşdur və bu məsləhəti ayird etmək Allaha
məxsusdur. Çünki, insan ona lazım olan xeyiri və məsləhəti
hər yerdə ayird edə bilmir. Bəziləri güman edirlər ki, atalar
və analar, onun ehtiyaclarını ən çox ödəyirlər və elə buna
görə də bölüşdürəndə onları (ata-ananı) övladlardan əvvəl
bilməliyik. Ancaq bir qrup insanlar bunun əksini fərz
edirlər. Əgər irs qanunu xalqın əlində olsaydı, onda min cür
dava-dalaş və ixtilaf meydana çıxardı.
Lakin, təkcə Allah bütün işlərin həqiqətini olduğu
kimi bilir. İrs qanunu sabit və münəzzəm bir şəkildə bəşərin
xeyri üçün qərar vermişdir. Bu qanun alim və hikmət sahibi
olan Allah tərəfindən vacib edilmişdir. Bu cümlə qabaqkı
mövzuları təsdiq edir ki, irs paylarına aid olan qanunlarda
xalq üçün mübahisə yeri qalmasın.
4. ÖVLADIN TÖVSİYƏ HAQQI
Əslində, övladın haqlarından biri də, valideyn
tərəfindən düzgün tövsiyələr almasıdır. Qurani Kərimin
Loğman surəsinin 13-cü ayəsindən 19-cu ayəsinə kimi olan
mətnində əsasən Loğmanın oğluna nəsihətləri öz əksini
tapmışdır. Bu nəsihətlərlə bağlı müfəssirlərin (Möhsün
Qiraəti. Nur təfsiri) təfsirlərinə müraciət edək. Sözügedən
surənin 13-cü ayəsində buyurulur: “Bir zaman Loğman öz
oğluna nəsihət edərək demişdi: “Ey oğlum! Allaha şərik
qoşma! Şübhəsiz, (Allaha) şərik qoşmaq böyük zülmdür!”
Haqqa dəvət yollarından biri moizədir. Heç kim
moizədən ehtiyacsız deyildir. Quranın adlarından biri də
moizədir. “Şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir
1
öyüd nəsihət gəlmişdir”. Hədis kitablarında moizə ilə bağlı
1 Yunus surəsi, ayə 57