Page 280 - Islamic Studies 05
P. 280
279) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
böyük dəyərə malikdir. Allaha sükür etdikdən sonra
valideynə təşəkkür məsələsi önə çəkilir.
15-ci ayədə oxuyuruq: “Əgər o iki nəfər (ata-ana)
bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün çalışsalar
onlara itaət etmə. Amma dünyada onlarla xoşrəftar ol. Mənə
doğru (tövbə edib) qayıdan kəsin yolunu tut. Qayıdışınız
Mənə doğrudur, sizi gördüyünüz işlərdən xəbərdar edərəm.”
Valideynin məqamı o qədər ucadır ki, bu ayədə hətta
insanı şırkə sürükləyən valideynlə pis rəftar etməmək
tapşırılır. Yəni övlad valideynə itaət etməməli olduğu halda
belə onu tənha buraxmamalıdır.
İnsan fitri olaraq tövhidə meyllidir, ətrafdakılar onu
şirkə sürükləməyə çalışır. Ayədə valideynə itaət əmri
verilməklə yanaşı, valideynin azmağına da diqqət çəkilir.
Allahın haqqı bütün haqlardan, o cümlədən valideynin
haqqından öndədir. Büdrəmə ehtimalı olan yerdə valideynə
itaət edilməməlidir. Amma adi həyat tərzi hifz edilməlidir.
Ömrün sonunadək valideynlə yaxşı rəftar etmək zəruridir,
hətta valideyn müşrik olsa belə. Bəzən əqidə seçimi və
ailədə rəftar arasında fərq qoymaq lazım gəlir. Adi həyatda
valideynə hörmət göstərilməli, həyat yolunda paklar və
salehlər nümunə götürülməlidirlər.
16-cı ayədə Loğmanın oğluna daha bir nəsihəti
bəyan edilir: “Ey oğlum! Əgər (sənin əməlin) xardal dənəsi
ağırlıqda olsa, daşın köksündə, göylərdə və ya yerdə
gizlənsə, Allah onu (Qiyamətdə hesab üçün) hazır edər.
Çünki Allah dəqiq və agahdır.”
Xardal kiçik qara dənələri olan bitkidir. Xardal
dənəsi kiçikliyi göstərmək üçün misal çəkilir. Aydin olur ki,
övladı İlahi elm və qüdrətlə tanış etmək hikmət nişanəsidir.
Moizədə hər tövsiyədən öncə qarşı tərəfin adını təkrarlamaq
təsirlidir. Kamil dəyərləndirmə və nəzarətdə ən kiçik işlər də