Page 296 - Islamic Studies 05
P. 296

295) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               ki,  məşuqa,  varlığın  həqiqi  mənbəyinə,  Allah-taalaya

               qovuşmaq yolunun yalnız Onun razılığını qazanmaq və Onun
               əmrlərinə  itaət  etmək  olduğunu  deyir.  Buna  əsasən,  məşuqa
               qovuşmaq yolunu keçmək üçün onun sözlərinə, istəyini başa

               düşməyə qulaq verməlidir ki, onun istədiyi şəkildə rəftar etsin,
               Onun bəyənmədiyi yoldan çəkinsin. Çünki məşuqa qovuşmaq
               üçün onun iradəsi və istəklərinə zidd əməllərin mənası yoxdur.

               Allah-taala da Özünün xəbərlərini və istəklərini şəffaf, təhrif
               olunmamış,  məsum  şəkildə  Özünün  sonuncu  elçisi  vasitəsilə
               bəşərin  ixtiyarında  qoymuşdur.  Bu  zəmində  heç  bir  şəkildə

               şübhə və dumanlı bir nöqtə yoxdur. Buna əsasən həqiqi irfan,
               həm son hədəfi, həm də bu hədəfə nail olmaq metodu həqiqi
               və məsum dindən alınan irfandır. Bundan başqa hər növ irfan

               yalançı irfanlar cərgəsində yer alır.

                      MÜASİR İNSANIN MƏNƏVİYYATA VƏ İRFANA

               YÖNƏLMƏSİNİN AMİLLƏRİ
                      Əgər müasir zamandakı din və mənəviyatın vəziyyətinə
               ötəri nəzər salsaq, öz fakt və ümumi məlumatlarımızı gözdən
               keçirsək, müasir insanın nisbətən uzun fasilədən sonra yenidən

               din  və  mənəviyyata  üz  tutduğunu  təsdiqləyəcəyik.  Müasir
               əsrin  insanı  arasında  xüsusilə  də  son  zamanlarda  belə  bir
               meylin varlığının isbatı üçün dəlil göstərməyə ehtiyac yoxdur.

               Dünyanın hər bir guşəsində camaatın mənəvi və dini kitablara
               şiddətli  meyli,  dünyanın  müxtəlif  yerlərində  camaat  arasında
               dini  və  mənəvi  yığıncaqlarda  iştirak  etməyə  həvəs,

               mənəviyyata  istəklə,  dinə  maraqla  bağlı  söhbətlərin,
               dialoqların      hazırlanması        bu      iddianın      açıq-aydın
   291   292   293   294   295   296   297   298   299   300   301