Page 297 - Islamic Studies 05
P. 297
Müasir insanın mənəvi tələbatı (296
şahidlərindəndir. Misal olaraq, Avropada, Amerikada islami və
irfani kitabların görünməmiş şəkildə qarşılandığını demək olar.
Eləcə də Amerika və Hind irfani və mənəvi kitabları İslam
ölkələrindəki insanları düşündürür. Bizim ölkədə mənəvi və
irfani yığıncaqlar yüksək şəkildə keçirilir. “Xaneqah”lar
(sufilərin toplaşdığı ev) aşkar və gizli şəkildə, açıqda və
zirzəmilərdə daim yeni müridləri cəzb etməkdədir. Ölkəmizdə
irfan, mənəviyyat, metafizik təlimlər və s. adı ilə mərkəzlər,
müəssisələr formalaşmışdır.
Dünyada belə bir meylin varlığına başqa bir şahid
musiqi, film, multfilm, roman, dastan və s. kimi sənət və
mədəniyyət sahələrinin müxtəlif mənəvi istehsallarıdır.
Cadugərlik, falçılıq, alınyazısı, öncədən proqnozlar, cindarlıq,
şeytanla əlaqə qurmaq və s. kimi mövzularda kitabların nəşr
olunması və onların böyük tirajla satışı buna başqa bir
nümunədir. Təəssüflər olsun ki, belə kitabların bizim ölkədə
də çoxlu müştəriləri var. Belə ki, yuxarıdakı mövzular
haqqında müxtəlif kitablar tərcümə olunaraq böyük tirajlarla
camaatın ixtiyarında qoyulmuşdur. Hətta falçılıq1 və
alınyazısı2 ensiklopediyası nəşr olunur. Hər halda, belə
sahələri camaatın yaxşı qarşılaması və bu cür kitabların yüksək
satışı ümumi mənada və öncə qeyd olunan tərifə əsasən
dünyada camaat arasında mənəviyyata meyl dalğasının
varlığından xəbər verir. Qərb insanı arasında mənəviyyata üz
tutmağın varlığı haqqında bir çox dəlillər vardır ki, uzun
olmasın deyə onları xatırlatmırıq və oxucunu digər mənbələrə
1 “Falçılıq Ensiklopediyası”, Katakar.
2 “Alınyazısı Ensiklopediyası”, Linda Qudmen və Yedeqran.