Page 298 - Islamic Studies 05
P. 298
297) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
baxmasını deyirik.1 Ziyalı yazıçı və iddiaçıların yazılarına
ötəri baxış da həmçinin göstərir ki, irfan və mənəviyyat
mövzuları, əsasən də son zamanlar, onların əsərlərində də tez-
tez vurğulanır. Müşahidə edirik ki, bəzi ziyalı iddiaçılar bu
mənəviyyata, irfana meyl bazarında islami irfan və mənəviyyat
düşüncələri yaratmaq əvəzinə sekulyar və dinsiz, hətta
Allahsız məniyyat haqqında söhbət açırlar və qədim irfanların,
dinlərin, Mani, Zərdüştlük, Həxameneşyan kimi qədim İran
qövmlərinin mənəviyyatının təbliğinə üz tutmuşlar. Bu,
alimləri və dünyanın bir çox yerlərindən olan insan qruplarının
İslam mənəviyyatına və ayininə meyl yarandığı bir
zamandadır.
Amma görəsən bu meylin səbəbləri və amilləri nədir?
Bəşər nə üçün nisbətən uzun zaman fasiləsindən sonra yenidən
mənəviyyata üz tutmuşdur? Aşağıda bu meylin bəzi ən mühüm
səbəb və amillərinə işarə edirik.
Modern Elmə, Ağıla, Rasionalizmə və Məntiqə
Ümidsizlik
Müasir bəşər modernizm dövründə güman edirdi ki,
yeni elm onun bütün problem və iztirablarının həlledicisidir.
Buna əsasən də hər bir qeyri-elmi və metafizik ideya ilə
şiddətlə mübarizə aparırdı. Maarifçilik dövrünün
qabaqcıllarından biri olan Denis Didro (1713-1784) təbiətin
mesajını yeni əsrin insanına belə çatdırır: “Ey xurafat bəndəsi!
Öz xoşbəxliyini bihudə olaraq səni yerləşdirdiyim bu aləmin
sərhədlərindən o tərəfdə axtarma! Şücaətli ol və özünü mənim
1 “İmam Xomeyni Əsri”.