Page 338 - Islamic Studies 05
P. 338

337) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               Cərirənin fikirləri ilə müvafiq olaraq imaməti dinin məsləhətli
               işlərindən  biri  hesab  etmişlər.  Onların  fikrincə  tövhid  və
               Allahtanıma mövzusunda imamətə ehtiyac olmasa da, qəzavət
               və  qanunvericilikdə,  yetimlərin  və  kimsəsiz  qadınların
               himayəsində,  islam  cəmiyyətinin  qorunmasında  və  düşmənə
               müharibə  e᾿lan  olunmasında  imama  ehtiyac  duyulur.  Bu
               səbəbdən  də imamın  elm baxımından hamıdan üstün  olması,

               hamıdan  daha  tədbirli  və  düşüncəli  olub  xalqın  ümumi
               rəğbətini  qazanması  lazım  deyildir.  Çünki,  qeyd  olunan
               ehtiyaclar bu xüsusiyyətlərə malik olan şəxsin seçilməsi ilə də
               aradan  qaldırılmış  olur.  Əhli-sünnə  alimlərinin  bə᾿ziləri  də
               belə bir əqidəyə əsaslanaraq müctəhid olmayan bir şəxsin də
               imamətini  qanuni  hesab  etmişlər,  bu  şərtlə  ki,  (şər᾿i)
               hökmlərdə müctəhidə müraciət etmiş olsunlar.

                  3-4. Salehiyyə və Təbəriyyə;


                  Salehiyyə  Həsən  ibni  Saleh  ibni  Həyyin  və  Təbəriyyə
               Kəsirun-nə᾿vanın tərəfdarlarına verilən addır.


                  Bu iki firqə əqidə və e᾿tiqad baxımından bir-birinə olduqca
               oxşar olmuşlar. Onlar imamət mövzusunda Süleymaniyyə ilə
               həmfikir olmuş, lakin Osmanın mö᾿min və ya kafir olmasında
               müəyyən fikir ayrılığına gəlib çıxmışlar. Onlar deyirlər: Onun
               barəsində nəql olunan tarixi sənədlərə müraciət etdikdə, onun
               «əşəreye  mubəşşirə*»nin  biri  olmasına,  müsəlman  və  ya
               mö᾿minliyinə,  cənnət  əhlindən  olacağına  hökm  edirik,  lakin
               gördüyü       işlərə    yə᾿ni,    Bəni-üməyyəni        dirçəltməsinə,
               səhabələrin rə᾿yi ilə müxalif olduğuna və zorakılığa dair rə᾿y
               verməsinə nəzər saldıqda, küfr etməsinə dair hökm veririk. Bu
               səbəbdən də onun haqda qəti qərar çıxarmağa çətinlik çəkir və
               onun  işini  Allah-taalanın  öhdəsinə  qoyuruq.  Əli  ibni  Əbu
   333   334   335   336   337   338   339   340   341   342   343