Page 345 - Islamic Studies 05
P. 345

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (344

               təsadüf  edir.  Görkəmli  rical*  alimlərindən  olan  Zərkəli  öz
               kitabında İsmailin vəfatını Hicrətin 143-cü ilinə aid edir. İbni
               Ənbə  isə  İsmailin  vəfatının  Hicrətin  133-cü  ilində  baş
               verdiyini qeyd edir. İsmailiyyə məzhəbli yazıçılardan olan Arif
               Tə᾿mər bu hadisənin Hicrətin 138-ci ilində baş verdiyini qeyd

               etmişdir.[179]

                  Bir  çox  hədis  və  rəvayətlərdə  İsmailin  hələ  atası  sağ  ikən
               vəfat  etdiyi  nəql  olunmuşdur.  İmam  Sadiq  (ə)  onun  dəfn
               mərasimində  oğlunun  vəfat  etdiyinə  şəhadət  vermiş,  hətta
               bə᾿zilərinin sonradan bu barədə şəkkə düçar olacaqlarını iqrar
               etmişdir.  Nö᾿mani  və  Zurarət  ibni  Ə᾿yundan  bu  məzmunda
               nəql  olunmuş  rəvayətdə  deyilir:  Əbu  Əbdullah  Cə᾿fər  ibni
               Məhəmməd Sadiqin evinə getdim. Oğlu Musa o həzrətin sağ
               tərəfində,  İsmailin  cənazəsi  isə  qarşısında  idi.  İmam  mənə
               Davud ibni Kəsiri, Həmran və Əbu Bəsiri çağırmağı əmr etdi.
               Camaat bir-birinin ardınca oraya gəlirdi. Evin astanasına otuz
               nəfər  yığıldıqda  İmam  (ə)  Davud  ibni  Kəsirə  buyurdu:

               Cənazənin  üzərindən  örtüyü  götür.  Davud,  İsmailin  üzündən
               örtüyü  götürdükdən  sonra  Əbu  Əbdullah  (ə)  buyurdu:  Ey
               Davud! O diridir, ya ölü? Davud dedi: Ey mənim mövlam, o
               ölmüşdür.  Sonra  imam  üzünü  bir-bir  orada  iştirak  edənlərə
               tutub həmin sualla onlara müraciət etdi və hamı İsmailin vəfat
               etdiyini iqrar etdi. Daha sonra Əbu Əbdullah buyurdu: İlahi!
               Sən Özün onlara şahid ol! Bunu deyib cənazəyə qüsl verilib
               kəfənlənməsini əmr etdi.

                  Qəbrə  qoyularkən  İmam  (ə)  Müfəzzələ  bir  daha  əmr  edib
               cənazənin  üzünü  açıdırdı  və  daha  sonra  ondan  soruşdu:  «O
               diridir,  yoxsa  ölü?»  Müfəzzəl  dedi:  Ölü.  O  həzrət  bir  daha
               buyurdu: «İlahi! Sən Özün onlara şahid ol.»
   340   341   342   343   344   345   346   347   348   349   350