Page 60 - Islamic Studies 05
P. 60
59) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Qiyamın əvvəlindən etibarən bir çox müsəlman qadınlar
İmam Hüseynə (ə) kömək etmək üçün öz səylərini
göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə olunaraq
özünəməxsus təsir gücünə malik olmuşdur.
Qadın himadəyarlığı
Bəzi qadınlar ağır şəraitdə düşmən nəzarətinin ən güclü
və təhlükəli olduğu mühitdə İmam Hüseynə (ə) , onun
tərəfdarlarına öz himayələrini əsirgəməmiş , böyük rəşadətlə
onları müdafiə etmişdir. Kərbəla qiyamında Tuə kimi xanımın
İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz
evində pənah verdiyini düşmənlərdən gizləyərək qoruduğunun
1
şahidi oluruq. Bir halda ki , Həzrət Hüseyni (ə) 18000
məktubla Kufəyə dəvət kufəlilər Müslim ibn Əqili şəhər
küçələrində İbn Ziyadın qoşununun təqibi altında yalnız
buraxaraq onu tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə
əhli hətta evlərinin qapısını da bağlamışdılar. Amma Tuə adlı
bir müsəlman xanım Müslim ibn Əqili tanıyaraq onu öz evində
gizlətdi. İmanın qorxuya üstün olduğunu sübut etdi.
Bir çox qadınlar Həzrət Hüseynin (ə) dəvətini qəbul
etmək üçün tərəddüd edən ərlərini İmama (ə) qoşulmağa
meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər verirdilər.
Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin
məhz həyat yoldaşı Dilhəm binti Əmrin məsləhəti sayəsində
2
haqqın yolunu taparaq İmam Hüseynə (ə) qoşuldu. Züheyr
ibn Tin İmamın (ə) tərəfdadrı kimi tanınmırdı. O , hətta Həzrət
Hüseynin onu dəvət etmək üçün göndərdiyi elçisinə rədd
cavabı vermişdi. Amma belə olduqda arvadı Dilhəm Züheyrə
dedi:
Zəbihullah Məhəllati Rəyahinüş - şəriə c 4 səh 374 1
Əyanüş - şiə c 6 səh 427 2