Page 62 - Islamic Studies 05
P. 62
61) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Ey Həbib , get və İmam Hüseyni (ə) görsən mənim
əvəzimdə də onun əllərini , ayaqlarını öpərsən. Salamımı ona
yetirərsən”
Cəsur müsəlman xanımları Kərbəlada öz ərlərini döyüşə
qoşulmağa həvəsləndirir , onlara mənəvi dayaq olurdular.
Müslim ibn Ovsəcənin Ümm Xələf adlı xanımı ərinin
1
2
şəhid olduğunu öz gözlərilə seyr etdikdən sonra oğlu Xələfi
döyüş meydanına göndərdi. Amma İmam Hüseyn (ə) Xələfin
anasının kimsəsiz qalmaması üçün dedi :
“Ey cavan ! Atan igidliklə şəhid oldu. Əgər sən də şəhid
olsan anan Ümm Xələf köməksiz qalar və bu azğın səhrada
kimə pənah aparar?”
İmamın söylədiklərinə diqqətlə qulaq asan Xələf ibn
Müslim azca tərəddüd edərək geriyə anasının yanına qayıtdı.
Lakin rəşadətli, cəsur qadın olan Ümm oğlu Xələfə belə əmr
etdi.
“Oğlum , döyüşə getməsən , Peyğəmbərin (s.ə.a.s.)
övladı Hüseynə (ə) kömək etməsən , düşmənlərinə qarşı
vuruşmasan həyatım boyu səndən razı olmayacağam.”
Xələf anasının əmri ilə ruhlanaraq döyüşə qoşuldu və
şəhid oldu. Əmr ibn Cünadənin anası Bəhriyyə xanım da əri
Cünadə ibn Kəəb Ənsarinin düşmən tərəfindən qətlə
yetirildiyini gördükdən sonra on bir yaşlı oğlunu vuruşmaq
üçün göndərdi. İmam Hüseynin (ə) gözləri Əmr ibn
Cünadəyə sataşdıqda ona buyurdu:
“Bu cavanın atası indicə şəhid oldu. Onun da vuruşub
şəhid olması anası üçün ağır bir dərd olar.” Amma Əmmar ibn
Cünadə İmama (ə) belə dedi:
Mühəmməd Füzuli Hədiqətüs - süəda əsərində Müslimin azəri türkü olduğunu iddia 1
edir.
Cavad Mühəddisi Aşura şüarları səh 247 2