Page 61 - Islamic Studies 05
P. 61
Qadın və uğur (60
-“SübhanAllah sən Peyğəmbər (s.ə.a.s.) övladının
dəvətini qəbul etmirsən ?Utanmırsanmı ? Heç olmasa get ,
səninlə nə işi olduğunu öyrən.”
Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən
Züheyr İmamın (ə) yanına gələrək onunla görüşdü. Sonra isə
Dİlhəmin yanına qayıdaraq , Hüseynə (ə) qoşulduğunu ,
onunla birgə düşmənə qarşı mübarizə aparacağını söylədi.
Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi üçün
qorxurdu. Dilhəm isə öz növbəsində dedi:
-“Züheyr get ! Allah sənə kömək olsun. Əgər şəhid
olsan Allahın iznilə qiyamət günü Peyğəmbərin (s.ə.a.s.) və
Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən.”
Belə olduqda Züheyr İmamın (ə) yanına qayıtdı və
Aşura günü igidlik nümayiş etdirdikdən sonra şəhid oldu.
Həbib ibn Məzahir də İmam Hüseynin (ə) çağırış
məktubunu alarkən xanımı ona dedi:
“Həbib , səni and verirəm Allaha ki , ağamız Hüseynə
1
(ə) kömək etmək üçün səhlənkarlıq etmə.”
Həbib ibn Məzahir onu sınamaq üçün dedi:
“Mən necə Kərbəlaya gedim ki , qorxuram övladlarım
yetim qala”
Amma Həbibin həyat yoldaşı cavabında dedi:
“Sən Allahın rəsulu Muhəmmədin (s.ə.a.s.) Hüseyn ibni
Əli (ə) barəsində dediyi kəlamı eşitməmisənmi?”
Məzahir soruşdu:
“Hansı kəlamı?”
Xanımı buyurdu:
“Peyğəmbər (s.ə.a.s.) buyurmuşdur: -“Həsən (ə) və
Hüseyn (ə) Behişt cavanlarının sərvəridir.”
İndi isə nə üçün Peyğəmbər övladının köməyinə
tələsmirsən?
Mürtəza Kermani Qəhrəman qadınlar səh 74 1