Page 83 - Islamic Studies 05
P. 83

Fəlsəfə elminə qısa bir baxış (82

                 b)  Riyaziyyat;  orta  təbəqəli  fəlsəfə.  Bu  fəlsəfə  isə  əşyaya
               hakim  olan  riyazi  qanunlardan  bəhs  edir.  Cəbr,  Həndəsə  və
               Musiqi1 elmləri bu hissənin əsas bölümləridir. Cəbr ədədlərə,
               Həndəsə xətlərə, Musiqi isə səs və notlara hakim olan riyazi
               qanunları təsdiq edir. Bu elmlərin əsas və ortaq olmaq şərti ilə
               iki  xüsusiyyəti  var.  Əvvəla,  burada  qanunların  şamil  olduğu
               mövzular  yalnız  xarici  aləmdə  müəyyən  maddi  predmetə

               bağlanır. Zehni təsəvvürdə isə onları müəyyən maddi predmetə
               bağlamaq  zəruri  deyil;  məsələn:  3,  5,  10  rəqəmləri  xarici
               aləmdə,  yalnız  maddi  predmetlərin  (ağac,  ev,  daş  və  s.)
               əsasında  özlərini  göstərirlər.  Zehni  təsəvvürdə  isə  bu  zərurət
               aradan  gedir.  İkinci  xüsusiyyət  isə  bu  elmlərdə  qanunların
               riyazi və dəyişməz olmasıdır.
                 v)  Təbii  və  fiziki  elmlər;  aşağı təbəqəli fəlsəfə. Bu  hissəyə
               aid  olan  fəlsəfə  əşyanın  təbii  və  fiziki  fəlsəfələrini  araşdırır.
               Fizika, kimya, fiziologiya, biologiya və s. kimi elmlər buraya
               daxildir.
                 2.Əməli fəlsəfə, yaxud əxlaq və hüquq fəlsəfəsi; bu fəlsəfə
               insanın əməl və hərəkətləri haqda söhbət açır, rəftarının yaxşı
               və ya pis olduğunu açıqlayır. Bu növə Əxlaq, Ailə hüquqları,
               Hüquq və Siyasət daxildir.
                 Müsəlman  alimləri  fəlsəfənin  növləri  arasında  nəzəri
               fəlsəfənin  birinci  hissəsinə,  yə’ni  «İlahiyyat»a  tədricən  daha
               çox  üstünlük  verməyə  başladılar.  İslam  filosofları  bu  elmlə
               daha ətraflı maraqlanır, nəzəriyyələr irəli sürürdülər. Beləliklə,
               əvvəllər ümumi ad olaraq bütün əqli elmləri şamil edən fəlsəfə
               müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul olundu.


               1 Musiqi    ə  l ə h  ə q  dim    zamanlardan    filosofların    diqq    t ə  m ə rk ə zind ə   olmuşdur .   ə S  sl ə rin
               hormonik  rəqsləri  müasir  fizikada  da  öz  əksini  tapmışdır.  Pifaqorçular  öz  fəlsəfi
               tə’limlərində musiqiyə geniş yer vermişlər. Deyilənlərə görə «ikinci müəllim» ləqəbi ilə
               tanınmış  məşhur  filosof  Əbu  Nəsr  Fərabi(870-950)  musiqini  fövqəl’adə  şəkildə
               mənimsəmiş,  musiqi  vasitəsilə  qarşı  tərəfin  psixoloji  durumunu  duymağı  və  ona
                                               istənilən psixoloji vəziyyəti aşılamağı bacarmışdır.
   78   79   80   81   82   83   84   85   86   87   88