Page 88 - Islamic Studies 05
P. 88
87) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
İslam fəlsəfəsinin mühüm bəhsləri
Vücud və onun həqiqəti
Ötən bəhslərimizdən mə’lum olduğu kimi fəlsəfənin əsas
mövzusu vücuddur. Fəlsəfi bəhslərdə hər şeydən öncə vücudla
tanışlıqdan və onun həqiqətindən söhbət açılır. Vücud nədir?–
Bu sualın cavabı demək olar ki, yoxdur. Bu ifadəmizdən, ilk
öncə, vücudun çox qaranlıq və açıqlaması olmayan bir varlıq
olması başa düşülür. Lakin bu belə deyil. Məntiq elmində tə’rif
barədə göstərilən əsas şərtlərdən biri, tərifin, tə’rif olunan
məfhumdan aydın və aşkar olmasıdır. Hər hansı bir məfhumu,
ondan daha aydın olmayan bir məfhumla tə’rif etmək məntiqi
baxımdan düzgün sayılmır. Vücuda tərif vermək ona görə
mümkün deyil ki, onun mə’nası bütün məfhumlardan daha
aşkardır. İrəli sürülərək təqdim olunan bütün tə’riflər isə vücud
məfhumunu açıqlamaq əvəzinə, onu daha da mürəkkəbləşdirir.
Mövcud olan hər bir şeyin varlığı, elə onun vücudu
deməkdir. İnsan şüuru heç bir tə’lim keçmədən, ilk növbədə
özünün, daha sonra isə özündən kənardakı aləmin vücudu
olduğunu dərk edir və bu vücudları dərk etməyə qadir
olduğuna inanır. Bütün bunlar nə qədər aşkar olsa da, bə’zi
filosoflar tərəfindən inkar olunmuşdur. Biz vücudun həqiqətini
inkar edən bə’zi fəlsəfi nəzəriyyələri diqqətinizə çatdırırıq:
Bir dəstə filosof vücudun həqiqətini tamamilə inkar edir. Bu
nəzəriyyənin əsası yunan sofistləri tərəfindən qoyulmuşdur.
Sofistlərə görə aləmdə heç bir şey yoxdur, heç nə həqiqi
deyildir. Vücudun həqiqətini inkar edən nəzəriyyə antik olsa
da, müasir fəlsəfəyə də öz tə’sirini göstərmişdir. Avropalılar
öz ölkələrində sxolastik fəlsəfənin böhran keçirdiyi bir dövrdə
bu nəzəriyyəyə meyl göstərmişdilər. Dekart bu nəzəriyyəni
rədd etmək üçün onların həqiqətə olan şübhələrini həqiqətin ən
böyük dəlili hesab edirdi. Dekart: «Mən şübhə edirəm, yaxud